Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq
24.02.10 20:36

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, sözügedən siyahıda Azərbaycan ənənələri, musiqisi, toy mərasimlərinin keçirilməsi, hətta at üstündə oyunlar da yer alacaq. “Xüsusi bir qeyri-maddi mədəni irs siyahısı hazırlanması ilə bağlı artıq ilkin işlərə başlamışıq. Sözsüz ki, ancaq bu reyestrin hazırlanmasından söhbət getmir. Bizim məqsədimiz Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. Bunun da xüsusi bir siyahıda təsdiqini tapması olduqca vacib və zəruridir”,-deyən Ə.Qarayev bildirib ki, martın 1-nə kimi qeyri-maddi irsin xüsusi dövlət reyestrinin müəyyənləşdirilməsi gözlənilir. Burada 7000-dən artıq abidənin yer alacağının gözlənildiyini diqqətə çatdıran Ə.Qarayev əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar hazırlanan müvafiq sənədlər baxılması üçün hökumətə göndərilib.
URL / WWW
http://kelam.az/article/a-831.html