Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Xocalıya Ədalət” müsiqi manifestinin klip təqdimatı keçirilib
24.02.10 20:36

Bu gün “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıya Ədalət” müsiqi manifestinin kilip təqdimatı keçirilib. KƏLAMİNFO xəbər verir ki, klip təqdimatından sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” müsiqi layihəsi ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə siyasətini diqqətə çatdıran daha bir əhəmiyyətli vasitə olacaq. İslam Konfransı Gənclər Forumunun Baş katibi, “Xocalıya Ədalət” beynəlxalq məlumat və təbliğat kampaniyasının koordinatoru Elşad İsgəndərov bu vaxta qədər 130 min xarici ölkə vətəndaşının bu kampaniyaya dəstək verdiyini nəzərə çatdırıb O, sabahdan başlayaraq Vaşinqton, Vyana, London kimi dünyanın 20 ölkəsində “Xocalıya Ədalət” müsiqi manifestinin klip təqdimatının keçiriləcəyini vurğulayıb. Millət vəkili Hadı Rəcəbli “Xocalıya Ədalət” kampaniyasının sistemli şəkildə həyata keçirilməsinin müsbət nəticə verəcəyini, parlament nümayəndələrinin də bu işə dəstək olacağını söyləyib. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Qarabağ həqiqətlərini Dünya ictimayyətinə çatdırmaq üçün maarifləndirmə işləri daha da sürətlədirilməli, dünya dilində öz təbliğat işimizi aparmalıyıq. Qeyd edək ki, rep üslublu mahnının müəllifi məhşur rep ifaçısı Toni Blekmendir, aranjman isə Qordon Uilyamsa məxsusdur. Mahnı T.Blekmen və Azərbaycanın “Dəyirman” rep qrupu tərəfindən ingilis dilində ifa edilib.
URL / WWW
http://kelam.az/article/a-830.html