Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Azlıq anlayışı və mədəni müxtəliflik
19.10.09 14:58

Etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloci, etnomədəni, dil və dini əlamətlərlə malikdir. Onun başa düşülməsi siyasi hüquqi terminlərdə milli azlıq kimi traktovka edilir. Beynəlxalq-hüquqi aktlarda BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman  adekvat kimi işlənilir. Lakin bunun üçün ciddi əsasların olmasına baxmayaraq, onları fərqləqdirmək lazımdır. Əgər "milli azlıq" termini dövlət (millət) və onun əhalisinin bir hissəsi arasında xüsusi hüquqi qaydanın nizamlanması başa düşülürsə, "etnik qrup" sosial təhsilin etnik və mədəni özünüdərki başa düşülür. Müasir alimlərin əksəriyyəti tərəfindən etnik qrupların bu tip xarakterik əlamətləri göstərilir: ümumi mədəni ənənələr, identiklik, xüsusi mədəni nailiyyətlər, məxsusi sosial institutların olması, ümumi özünüaparma xarakteristikası, xüsusi simvolik əlaqələr, irqi və fiziki yaxınlıq, ümumi ənənələr, din, mədəni dərkedilmə, ümumi miqrasiya, ailə-nigah münasibətlərinin ümumi forması, ümumi dil və s. Praktikada bütün göstərilən parametrlər müxtəlif kombinasiyalarda rast gəlinir.
Milli eyniyyət məsələsinə toxunan Polşa alimi Anna Volf-Poveskanın fikirincə, yeni siyasi reallığın etiraf edilməsi bir çox çətinliklərlə üzləşir: «Köhnə strukturların dağılmasından sonra bir çox yeni  siyasətçilər millətçi arqumentlərə arxalanmağa başladılar. 1989-cu ildən başlayaraq, ayrı-ayrı qrup və dairələr üçün «millət» anlayışı birliyə və özünüdərkə çağıran yeganə kateqoriya idi. Amma Orta Avropada milli eyniyyət problemləri Sovet İttifaqında və Yuqoslaviyadakı kimi dramatik kolliziyalar yaratmamışdı.» (1.)
Vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa sübyektiv hüququ vardır. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də heç bir vasitə lazım deyil. Dövlət bəyan edir ki, onun ərazisində etnik və ya hər hansı təyinetmə ayrı-seçkiliyə  səbəb ola bilməz. (2.)
Etnik azlıq - polietnik cəmiyyətlərdə etnik xarakteristikalarına görə fərqlənən qruplar cəmiyətdə dominat mövqeyə malik ictimai resursların az hissəsini alır və etnik stratiffikasiya sisteminin əsas hissəsi sayılırlar. Etnik azlıqların statusu sosial cəhətdən möhkəmləndirilir və say etibarilə deyil, ümumi əhəmiyyət kəsb edir. (iqtisadi resurslara məhdud qaydada giriş, siyasi həyatda iştirak, idarəetmə və s.) Etnik azlıq nadir hallarda imiqrasiya üzrə nəzarət edən və polietnik cəmiyyətdə iqtisadi, siyasi, mədəni həyatda dominatlıq edən etnik qruplar tərəfindən ayrıseçkiliyə məruz qalmır. Sosial-siyasi quruluşlarına və cəmiyyətdə tutduğu mövqeyə görə, etnik azlıqlar müasir ədəbiyatda plüarilist- etnomədəni unikallığını qoruyub saxlamağa cəhd edir. Lakin burada müxtəlif sosial, institutların və siyasətin prinsiplərinə uyğun olur. Yəni "mədəni plüralizm" (məsələn Norveçdə); assmilalianist- özünün etnik identlikliyi qoruyub saxlamağa maraqlı olmayan və domintantlıq edən böyük çoxluqla assimilasiyada maraqlı deyil. (Məsələn ABŞ-da italyan, alman, irland emiqrantları), sessosionist - məxsusi etnik məişətə malik və bu  zaman siyasi müstəqilliyə can atanlar (məsələn İspaniyanın bask əhalisi) və s. (3.)
Əlbəttə, "millət", "xalq", "azsaylı xalq", "milli azlıq", "etnik azlıq" məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından da nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Bütün dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri vardır. Elə bizim respublikada kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarlda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son bir neçə ildə, xüsusən Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması prosesi, eləcə də dövlət dili ilə bağlı müzakirələr göstərdi ki, nəinki geniş ictimaiyyətin, hətta bəzi  hüquqşünasların, ictimai və humanitar elmlər sahəsində çalışan ziyalılarımızın da "millət", "xalq", "etnik azlıq", "azsaylı xalq" və "milli azlıqlar" ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur.
Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Belə hallara kitab və monoqrafiyalarda tez-tez rast gəlmək olur. (4.)
Elmi ədəbiyyatda «etnos» və «irq» anlayışlarının mənasına dair mübahisələr mövcud olmuşdur. Bəzi müəlliflərə görə bu əlamətləri irq də daşıya bilər. Məsələn: İngiltərə mədəni antropologiya məktəbi «etnik azlıq» və «milli azlıq» anlayışlarının sərhədini müəyyənləşdirməyə çətinlik çəkir. (5.)
Hətta bəzən tədqiqatçılar terminin daşıdığı tarixi, bioloci, siyasi çalarlardan ehtiyat etdikləri üçün onu dırnaq arasına alaraq  göstərirlər. Bütün hallarda irq sözünə nisbətən etnos və etnik qrup anlayışlarından danışmağın daha məqsədəuyğun olması fikri qəbul edilmişdir. Lakin anlayışın nüfuzdan düşməsinə, yaxud ona biganəlikdən danışmaq qeyri-ciddi və hələlik vaxtından tez deyilmiş fikir olardı. Çünki onun ictimai şüur, dil və ideologiyada güclü təsiri hazırda da hiss olunmaqdadır. Başqa irqə müxtəlif mədəniyyətə mənsub olan xalqların «təmizlənməsi», irqi müstəsnalığa malik olduğunu düşünən insanlar qaldıqca (bədnam qonşularımız kimi), rasizmin onların əsas məqsədi, irqi ayrıseçkiliyn isə düşüncə tərzləri olduqlarını unutmaq olmaz.
Buna görə də etnos elə insanların mədəni birliyidir ki, özünü başqa, anoloci  insan birliklərindən fərqləndirir, özünəməxsusluğunu dərk edir. Özünüdərk həm real mövcud olan ümumi birliyin ifadəsi kimi və həm də (ən vacib) özünün başqa birliklərindən fərqli olduğunu anlamağın ifadəsi kimi mövcud olur. Həmçinin tarixi mənşə və talenin ümumiliyi, tarixi hadisələrdə iştirakın xarakteri kimi məsələlər özünüdərkin dayaqlandığı  amillərdir.
Etnik mənsubiyyətin məcburi, sərəncamla dəyişdirilməsi cəhətləri tarixdə çox böyük müqavimətlərlə üzlənmişdir. Çünki insanı öz xalqına mənsubluğu hissi onun identikliyinin kökü, özəyi, özünü şəxsiyyət kimi hiss etməsinin əsasıdır. Etnosun mədəniyyəti onun bir sistem kimi sabitliyini və inteqrasiyasını təmin edir. «Bu mədəniyyət»in elementləri ikinci funksiyanı da, «biz» və «onlar» simvollarının fərqlənlirilməsini də yerinə yetirirlər.
Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla "sovet xalqı" adı altında yeni biliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, "dostluq" və "bərabərlik" şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik, özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın zəngiinliyini, iqtisadi potensialını, öncüllüyünü göstərən əsas amil idi.
Hazırda yer üzərində dörd minə yaxın xalq yaşayır. Bu xalqların hər birinin tarixin sınaqlarından çıxmış vahid mədəniyyəti, dili, müstəqil ərazisi, iqtisadi əlaqələrin ümumiliyi, başqa xalqlardan fərqlənən özünəməxsus birlik amalı vardır.
Məlumdur ki, bütünlükdə xalq insan birliyinin tarixi formalarından biridir. Hələ ilkin dövrlərdə etnik inkişafın nəticəsi kimi, yəni ayrı-ayrı qəbilələrin, tayfaların birləşməsi nəticəsində yaranmış qurum vahid xalqa çevrilmişdir. Yaranma tarixi baxımından xalq quldarlıq və feodalizm dövrünün meydana gətirdiyi bir ictimai qurumdur. Bu prosesin başlanıb sona çatmasında ictimai əmək bölgüsünün, xüsusi mülkiyyətin, ticarətin meydana gəlməsi və inkişafı əsas rol oynayır. Adlarını sadaladığımız bu xüsusiyyətlər bir-birinə qohum olan tayfaların birləşərək, vahid xalq halında formalaşmasına əsas zəmin yaradır.
Yer kürəsində yaşayan xalqların sayı mövcud dövlətlərin sayından dəfələrlə çoxdur. Ayrı-ayrı mənbələrdə, Yer kürəsində 2000-dən 4000-dək xalq, millət və etnik qrupun yaşadığı göstərilir. Bütün bunlar isə 200-dən bir qədər çox dövlətdə məskunlaşıblar. (Möskvanın «Respublika» nəşriyyatının 1999-cu ildə buraxdığı «Dünya ölkələri» sorğu kitabında 230-yaxın ölkə haqqında məlumat verilir. Bəşəriyyətin yarısından çoxunu hər birinin sayı 50 milyon nəfərdən artıq olan on səkkiz xalq təşkil edir. Dünya əhalisinin 4/5 hissəsini hər birinin sayı 10 milyon nəfəri keçən təxm. 70 millət təşkil edir. Sayı 1 milyon nəyfərdən yuxarı olan 260 millət Yer kürəsi əhalisinin 96 %-dən çoxunu əhatə edir. Yerdə qalanlar isə (dünya əhalisinin 3,2%-i) sayı bir milyon nəfərə qədər olan minlərlə etnik birlikdən ibarətdir. Şübhəsiz ki, sayı minə qədər olan yüzlərlə müxtəlif etnik qruplar mövcuddur. İstər-istəməz bu etnik qrup əhalisinin əksəriyyətini bir etnos təşkil edən müxtəlif ölkələrdə yaşamaq məcburiyyətindədirlər. Məsələn, İndoneziyada 150-dən artıq (bəzi alimlərin hesablamalarına görə 350), Nigeriyada rəsmən 20 xalq və etnik qrup qeydə alınıb və s.
Müasir dünyanın etnik strukturundakı bu rəngarənglik bəşəriyyətin həm sərvətidir, həm də bəzi hallarda qan tökülməsi ilə müşaiyət olunan problemdir. Dünyada 2000-dən artıq xalq, millət və etnik qrup varsa, deməli, bir o qədər də dünyagörüşü, psixologiya, mentalitet, adət-ənənə, həyat tərzi, sabit davranış qaydaları, inam və iman mövcuddur. (6.)
Azlıq anlayışından danışarkən mədəni müxtəlifliyə də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı məsələlərə də geniş səlahiyyətlər verilir.
Mədəniyyətin ən mühüm şərtlərindən biri - mədəni müxtəliflik və plyüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir.
Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılmasını dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O, özünün, «Bəşəriyytəin tarix fəlsəfəsinə dair ideyalar» (1784-1791) əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi vurğulamışdır. İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir. (7.)
Müasir dünyada mədəniyyət müxtəlif lokal və milli-etnik mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni məkan və müstəvidə mövcud olmaqla üslüb, mentalitet, dəyər oriyentasiyaları və identikllərin mürəkkəb-çoxçalarlı naxışıdır.
Etnik səviyyədə mədəniyyətin xarici təsirlərə reaksiya nümayiş etdirmək, yaxud da daxili inkişaf qanunlarını müəyyənləşdirmək baxımından kifayət qədər müstəqilliyə, müxtəlifliyə malikdir. Bu müxətliflik milli və ümumbəşəri səviyyələrə yüksəldikcə daha sabit, dayanıqlı və möhkəm olur.
Mədəniyyətin strukturundakı hər bir komponent – mifologiya, elm, din, ədəbiyyat və s. – bu sistemin həlqələrini, eləcə də etnik-milli-ümumbəşəri səviyyə müstəvilərini təşkil edir.
Mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt kimi qəbul etmək lazımdır.
Etnologiyada yayılmış fikrə görə, «mədəni birlik» dedikdə müəyyən etnosu təşkil edən müəyyən toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Yenə burada mədəniyyət dedikdə bütövlükdə cəmiyyət nəzərdə tutulur.
Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloci fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir.
Mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı çox mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi «mədəni müxtəliflik» anlayışı məzmunu başa düşməyə kömək edir.
«Etnik qrup» və ya «etnos» sözləri bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də müasir elmdə özünün, məxsusi, özəl tarixinin kollektiv, (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Etnos bir neçə kollektiv identiklik formalarının daşıyıcısıdır. Bunlar mədəni, dini, milli, identiklik formalarıdır. Etnik spesifika və əlaməğlər anlayışı mövcuddur. Buraya əsasən dil, mədəni adət, ənənə, norma və qaydalar, din, ərazi,  tarix kimi amillər də daxildir.
Son illər mədəni özəllik və müxtəlifliyin etnik spesifika və əlamət kimi həlledici, mühüm amil olması, ümumi mədəni dəyərlərin əhəmiyyəti birmənalı şəkildə elmi ictimaiyyətin daha çox rəğbət bəslədiyi mövqedir.
Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.
Bu və ya digər amilin rolu və əhəmiyyəti əsasən nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür.
Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteqrasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq etnik spesifikanın mühafizəsinə yönəlmiş özünüdərk şüurunda götür-qoy edilir.
 «Etnik insan birliyi» səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət – «milli hiss» fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini əsasən – mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqləndirirlər. (8.) İstifadə olunmuş ədəbiyyatlar:
1. «III SEKTOR»  nəzəri, ictimai, informativ demokratiya curnalı, 5-ci say,  yaz-2004
2. Etnik azlıqların ictimai həyatda fəal iştirakı üzrə Lund tövsiyyəsi. 1998.
3.  Ö.V. Bromley. Etniçeskie proüessı  v sovremennom mire. Moskva. 1987. str. 170.
4. QANUN yurnalının Milli Azlıqlarla bağlı xüsusi buraxılışı, ¹ 6, yanvar 1998, səh. 18.
5. Bolğşoy tolkovıy soüioloqiçeskiy slovarğ. V 2 –x t. Tom 2. Perevod s anqliskoy. 2000, s.495, 498.
6. Hidayət Orucov, «Heydər Əliyev və Azərbaycanda milli siyasət» Bakı, 2001, səh 40
7. İ.Q.Qerder. İdeik filosofiy istoriy çeloveçestva. M. 1991. str 59.
8. Pəbiyyət Aslanova, Qloballaşma və mədəni müxtəliflik. Bakı, 2004.
URL / WWW
http://kelam.az/article/a-83.html