Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hindistanda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirilib
25.02.10 03:36

Bu gün Azərbaycanın Hindistandakı səfirliyi Hindistanın Camia Millia İslamia Universiteti ilə birgə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər. Tədbirdə universitet administrasiyasının təmsilçiləri, professorlar və tələbələr iştirak edib. Tədbirdə səfir T.Qarayev çıxış edərək Xocalı soyqırımı haqqında dinləyicilərə ətraflı məlumat verib, Dağlıq Qarabağın işğalının hələ də davam etməsindən, bunun nəticəsi olaraq 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün düşməsindən danışıb. Səfir işğal altında olan torpaqlarda ermənilərin qədim Azərbaycan abidələrinin məhv etmələrindən və törətdikləri digər bəşəri, mədəni və maddi cinayətlər barədə məlumat verib. Tədbirin ikinci hissəsində iştirakçılara soyqırım haqqında sənədli film, video görüntülər və foto sərgi nümayiş etdirilib. Yekun olaraq iştirakçılardan Dünya Liderlərinə ünvanlanacaq “Xocalıya Ədalət” kampaniyası üçün imza toplanılıb.
URL / WWW
http://kelam.az/article/a-828.html