Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gəncə, Qazax və Şəki Azərbaycanın mədəniyyət paytaxtı elan olunub
24.02.10 20:36

Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın bir sıra şəhər və rayonlarının 2010-cu ilin mədəniyyət paytaxtları elan olunması ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edib və bu irəliləyişlər ölkə hüdudlarından kənarda da hiss olunur. Mədəniyyətimizin təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da böyük işlər gördüyünü diqqətə çatdıran Ə.Qarayev qeyd etdi ki, bu istiqamətdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də maraqla izlənilir. Bu il görüləcək işlərə toxunan Ə.Qarayev nazirlik tərəfindən “2010-2014-cü ilər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının təsdiq olunduğunu söylədi. Onun sözlərinə görə, proqrama uyğun olaraq bu il Gəncə şəhəri Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtları elan olunub. Təsdiq edilən tədbirlər planına əsasən adı çəkilən şəhərlərdə keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsinin yaradıldığını vurğulayan nazir il ərzində həmin şəhərlərdə incəsənət, kinomotoqrafiya, turizm, elm və təhsil, həmçinin digər profilli tədbirlərin, investisiya, texniki proqram layihələrinin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Onun sözlərinə görə, bundan başqa il ərzində nominasiya üzrə Gəncədə mili mərasim, ədət-ənənələr və teatr, Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçiriləcək. Ə.Qarayev əlavə etdi ki, bu proses davam etdiriləcək, gələcəkdə digər rayon və şəhərlər də müxtəlif nominasiyalar üzrə Azərbaycanın mədəniyyət paytaxtı elan ediləcək.
URL / WWW
http://kelam.az/article/a-827.html