Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə ali məktəblərə qəbul qaydaları ilə bağlı mətbuat konfransı keçirdi
25.02.10 03:34

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cari il ali məktəblərə qəbul qaydalarına və “Abituriyent” jurnalının 2010-cu ildə nəşr olunan ilk buraxılışına həsr olunmuş mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbasazdə jurnalın bu ilki birinci sayında dərc olunan qəbul qaydalarına dəyişikliklərdən bəhs edib. O, qeyd edib ki, qaydalarda 2010/2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının Xarici dil fənlərindən imtahan verilməsilə bağlı dəyişikliklər edilib. “Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının Xarici dildən imtahan fənləri arasına “Rus dili” fənni də əlavə edilib. II ixtisas qrupunun Azərbaycan bölməsində abituriyentlər ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər. II ixtisas qrupunda ərəb və fars dilləri Xarici dil fənləri sırasından çıxarılıb. III qrupun Azərbaycan bölməsində Xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər”,-deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri həmçinin bildirib ki, ötən illərdən fərqli olaraq, Azərbaycan bölməsinin III qrupunun dil-tarix altqrupunda da Xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.
URL / WWW
http://kelam.az/article/a-824.html