Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Haci Mirəziz Seyidzadənin ölümündən iki il keçir
12.05.16 10:13

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, Qazi Hacı Mirəziz Seyidzadənin ölümündən iki il keçir. Hacı Mirəziz Seyidzadə 2014-cü il mayın 11-də vəfat edib (1 saylı Bakı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib) və doğulduğu Masallı rayonunun Türkoba kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, 1949-cu ildə Masallının Türkoba kəndində anadan olan Qazi Hacı Mirəziz Seyidzadə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri təyin olunub. 
1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şöbəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub.
2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. 
2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 
Hacı Mirəziz Seyidzadə 14 kitab, yüzlərlər elmi, ədəbi, dini, publisistik məqalələr müəllifi idi. 
1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının, 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 
Ədəbi cameədə "Əziz Pünhan" təxəllüsü ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-8223.html