Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mərhum ilahiyyatçı alim-şairin yeni kitabı çapdan çıxıb
14.05.15 18:06

Mərhum ilahiyyatçı alim Qazi Hacı Mirəziz Seyidzadənin “Dilsuz duyğular” adlı yeni şeirlər kitabı çapdan çıxıb. AZADİNFORM xəbər verir ki, mayın 12-də ölümünün bir ili tamam olan Qazi Hacı Mirəziz Seyidzadənin “Bulud ağlamasa” və “Divan”dan sonra bədii yaradıcılığının məhsulu olan “Dilsuz duyğular” kitabı əruz və heca vəznində yazılmış müxtəlif şeir nümunələrini əhatə edir. Şairin Vətən və xalqına olan sevgisi demək olar ki, kitabın əsas sujet xəttini təşkil edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AMEA-nin həqiqi üzvü, akademik Teymur Kərimli isə kitaba yazdığı Öz sözdə qeyd edib ki, bədii yaradıcılığa keçən əsrin 70-ci illərində başlayan Mirəziz Seyidzadənin şeirləri qəzəl yaradıcılığı xüsusilə qəzəl, qəsidə, tərcibənd, tərkibənd, müstəzad, mürəbbe və digər müxtəlif şeir formaları məni valeh edib: “Bir müddət Pünhan təxəllüsü ilə yazıb-yaradan Seyidzadə sonralar adının bir hissəsini də ona birləşdirərək Əziz Pünhan təxəllüsü ilə tanınmağa başlayıb. Ərəb və fars dillərini mükəmməl bilməsi özümüzünküləşmiş ərəb-fars tərkiblərindən sabitləşmiş ifadələrdən yerli-yerində məharətlə istifadə etməsi şeirini, qəzəllərini mənalı və oxunaqlı edir. M.Seyidzadənin qəzəllərində təkcə məhəbbət tərənnüm edilmir. Onun əksər qəzəlləri fəlsəfi, dini və ictimai mənalar kəsb edirdi. “Dilsuz duyğular” adlı əsəri sözün əsl mənasında həm əruz, həm də heca vəznində yazılmış müxtəlif şeirləri, qəzəl, qəsidə, mərsiyə, rübai və s. şeir formaları böyük məntiq və fəlsəfi məzmun daşıyır. Şairin qələmə aldığı rəngarəng mövzular insanı heyran edir. Vətən və xalqına olan sevgisi demək olar ki, kitabın əsas sujet xəttidir”. 
Kitaba giriş yazan filologiya elmləri doktoru Vaqif Yusifli isə qeyd edib ki, Mirəziz Seyidzadənin çapdan çıxan hər iki kitabında xüsusi rolu olub: “Bulud ağlamasa” adlı ilk kitabında “Ver sözə ehya ki...” adlı ön sözlə çıxış etdim və Mirəzizin poeziyasını incələməyə çalışmışam. “Divan” kitabında isə 3 müəllifdən biri olaraq geniş ön sözlə çıxış etdim. İndi budur, “Dilsuz duyğular” – haqqında da ürək sözlərimi bəyan edirəm. Hacı Mirəziz Seyidzadə oxuculara Əziz Pünhan təxəllüsü ilə tanınır. Pünhan təxəllüsünü niyə seçib deyə bilmərəm, amma bu ad əsl şair təxəllüsüdür. Şair heç kimə demədiyi, etibar eləmədiyi sirlərini, içində yatıb qalan duyğularını şeirdə deyir”.
URL / WWW
http://kelam.az/article/a-8221.html