Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Cəsarət timsalı, vüqar rəmzi...
15.02.15 16:38

Qurani-Kərim:
“Ey insanlar, gəlin ədalətli olaq, hakimlik edəndə də, şahidlik edəndə də və ümumiyyətlə söz söyləyəndə də ədalətli olaq”


Vətəndən kənarda yaşayıb fəaliyyət göstərsəm də yolum tez-tez doğma rayonumuza düşür. çalışıram ki, el-obanın xeyir-şərində iştirak edim. 2009-cu ilin yayında rayonumuza yeni təyin olunmuş Mobil İsmayılovla tanış oldum. Əyalət psixologiyası qısa müddət ərzində istənilən məmurluq bağlı obyektiv fikir formalaşdırır. Bu-həm də bizim mentalitetdən doğur. Rayon prokuroru ilə tanışlığa qədər artıq onun barəsində kifayət qədər müsbət fikirlər eşitmişdim. Camaat onun haqqında ağızdolusu, heyranlıqla danışırdı. Tanışlığıma cəhdim də elə bu maraqdan yaranmışdı. Elə ilk söhbətimiz məndə ağlasığmaz təsərrüfat yaratdı. 
Bəli, rayonumuzun bəxti gətirmişdi. Hər rayona belə prokuror nəsib olmur. Yay aylarında daha bir neçə görüşümüz oldu. Təsadüfən rayon icra başçısı ilə birlikdə doğma kəndimizdə əhali ilə görüş keçirilərkən mən də iştirak etdim. Zəngin, hərtərəfli və dərin biliyə malik rayon prokuroru zalda əyləşənləri sanki ovsunladı. Müxtəlif psixologiyalı insanlar rayon prokurorunun nitqinə çox diqqətlə qulaq asdılar. Əvvəlcədən görüşdə qalmaqal yaratmağa hazır olan iki-üç narazı adam yerlərində sanki donub qaldılar. Görüşdən sonra onlar kənd içində danışırlarmış ki, rayon prokurorunun bu cür çıxışından sonra onlar sanki tilsimlənib qaldılar.
Yenə də mənim iştirakım olduğu ikinci böyük görüş də təsadüf nəticəsində baş verdi. 2010-cu ilin aprelində rayonda olduğum zaman pasxa bayramı ərəfəsində Göytəpə şəhərində rus icması ilə görüşə mən də dəvət olundum. Pasxanın tarixi ilə bağlı olan rayon prokurorunun çıxışı hətta mənim də hədsiz marağıma səbəb oldu. Mənə bəlli oldu ki, öz peşəsinin professionalı olan Mobil İsmayılov həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin də gözəl bilicisidir. Daha bir maraqlı epizodu da oxucuların nəzərinə çatdırmaq istəyirəm Mingəçevirdə yaşayıb yaradan jurnalist dostum, jurnal redaktoru Sarvan Abdullayev mənə baş çəkməyə gəlmişdi. Söhbət əsnasında ona bildirdim ki, rayonumuzun prokuroru ilə tanış olmağa dəyər. Sarvan müəllim dedi ki, onun haqqında çox eşitmişəm, qiyabi olaraq tanıyıram, tanış olmağıma çox şad olaram. İlk dəfə olaraq dostumla Mobil müəllimin iş yerinə getdik. Kabinetində çox təvazökar bir atmosfer var idi. Bəzi məmurlardan fərqli olaraq öz kreslosunu, kabinetini bəzəməklə məşğul olmamışdı. Çox səmimi bir görüşümüz oldu. Görüşdən sonra Sarvan müəllim heyrətini gizlədə bilmirdi. O, dönə-dönə vurğuladı ki, belə pozitiv prokurora rast gəlməyib. Onun barəsində söylənilən yüksək fikirlər həqiqətdir. 
Mən bir daha əmin oldum ki, əsl prokuror rayonda nüfuz sahibi olmalıdır. Mobil İsmayılov isə nəinki rayonda müstəsna nüfuz sahibi idi, o, artıq rayonda sanballı şəxsiyyətə, mötəbər məmura çevrilmişdi. 
Rayonda məhkəmə, polis işçiləri danışırdılar ki, Mobil müəllim bütün diqqət və qayğısı kollektivinə, prokurorluğun fəaliyyətinə yönəltmişdi. O, daim işçilərin rahatlığı ilə qayğılanırdı. 
Mobil müəllimin rayonda xidməti fəaliyyətini başa vurub getməsi məlumatını mən bir acı bərə kimi qarşıladım. Bu yaxınlarda yas mərasiminə gəldiyim zaman Mobil İsmayılovun ümumiyyətlə öz raportu əsasında vaxtından əvvəl prokurorluqdan könüllü getməsi xəbəri isə sözün əsl mənasında məni şoka saldı. Çox təəssüfləndim. Cəmiyyət üçün bu qədər gərəkli insanın belə bir addım atmasını əvvəl anlamadım. Sonradan başa düşdüm ki, yalnız yüksək əqidə sahibi bu cür hərəkət edə bilər. Görünür, belə gediş də bir hünərdir. Əslinə qalsa, belədir. 
Mobil İsmayılov xoşbəxt insandır. Yaşadığı ömür bənzərsiz bir yaşamdır. Mərd, Mobil İsmayılov Vətən oğludur, o, cəsarət timsalı, vüqar rəmzidir. 
Mobil İsmayılov Cəlilabad rayonunun tarixində silinməz iz qoyub getdi. Cəlilabadda prokurorluğun Mobil İsmayılov dövrü həmişə yaddaşlarda qalacaq.   

Fəxrəddin Yarıyev 

Rusiya Federasiyası 
Ümumrusiya Azərbaycanlılar Konqresinin 
Stavropol vilayəti üzrə sədri 
URL / WWW
http://kelam.az/article/a-8218.html