Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Əliş Təhməzli: “Bu üsulun tətbiqi öz səmərəsini verəcək”
15.02.15 16:28

Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da genişlənib.
Azərbaycan səhiyyəsini özəl tibb müəssisələri olmadan təsəvvür etmək mümkün deyil. Belə ki, özəl səhiyyənin inkişafı respublika əhalisinə tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmağa, bu sahədə təklif olunan xidmətlərin qiymətini azaltmağa, sağlam rəqabəti inkişaf etdirməyə səbəb olur. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Səhiyyə Nazirliyində özəl tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq müşavirələr keçirilir və özəl fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilir.  
Əhaliyə yüksək səviyyəli tibb xidməti təklif edən özəl müəssisələrdən biri də yeni fəaliyyətə başlamış “Medeks Hospital” klinikasıdır. Klinikada olduğumuz üçün bu barədə çalışacağıq oxucularımıza dolğun məlumat çatdıraq.
İlk olaraq elə söhbətimizə klinikanın Baş həkimi, Türkiyənin “Ege Universiteti”nin uzman məzunu, travmatoloq-ortoped Əliş Təhməzli ilə başladıq. 

“Bu üsulun tətbiqi qısa zamanda öz səmərəsini verəcək”

Ə.Təhməzli rəhbərlik etdiyi hospitalın yaranma səbələrini və məqsədlərini bu cür izah edir: “Bunun qəribə tarixçəsi var və mənim gənclik dövrümə təsadüf edir. Müəyyən dövrlərdə ailə üzvlərimizin, yaxınlarımızın səhhətində baş verən problemlər və onların həll olunması yolunda yaranan çətinliklər məni bu sahəni seçməyə sövq etdi. Bir sözlə, mən, yaxınlarıma, xalqımıza xidmət etmək üçün həkimlik sənətini seçdim. Tibb Universitetində tələbəlik illərində Mərkəzi Klinik Xəstəxanada çalışırdım və bu zaman klinikaya dəvət olunan türkiyəli həkimlərin peşəkarlıq səviyyəsi məni valeh edirdi. Məhz, onların nümunəsindən ruhlanaraq, təhsilimi Türkiyə universitetlərinin birində davam etdirmək qərarına gəldim. Bu istək məni “Ege Universiteti”nə apardı. Mənimlə bərabər burada 50-yə yaxın həmyerlimiz təhsil alırdı. Həkimlik sənətinə yiyələnmək üçün əlimizdən gələni edirdik. Bir sözlə, bütün intellektual və fiziki potensialımızı bura səfərbər etmişdik. Deyim ki, həkimlik peşəsi şərəfli olduğu qədər də çətin və mürəkkəbdir. Təkcə onu qeyd etmək kifayətdir ki, mənimlə eyni vaxtda bu sənətə yiyələnməyə başlayan həkimlərin bəzilərinin yaşı 35-i ötsə də, onlar hələ də ailə qura bilməyiblər”.
Baş həkim deyir ki,  “Ege Universiteti”ndə çalışdığı dövrdə tibbin müxtəlif sahələrində fəaliyyət göstərən azərbaycanlı həkimlərdən ibarət kollektiv, belə demək olarsa, ailə yaradırlar: “Xəstələrlə bağlı, bir-birimizlə məsləhətləşir, onların qısa müddətdə müayinə və müalicə olunmasına nail olurduq. Hələ onda başa düşdük ki, bu cür kollektivlərlə müayinə və müalicə üsulu çox səmərəlidir və bunu respublikamızda tətbiq etməyi qərara aldıq. Hazırda bu istiqamətə intensiv təşkilati işlər aparılır və düşünürük ki, bu üsulun tətbiqi qısa zamanda öz səmərəsini verəcək. Bununla yanaşı, xarici mütəxəssislərin klinikamıza dəvət olunması praktikasını da tətbiq edirik”.

Tanınmış həkim mütəxəssislər “Medeks Hospital”da...


Əlbəttə, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Prezident İlham Əliyev də çıxışlarının birində bu istiqamətdə hələ görüləsi işlərin çox olduğunu bildirmişdi: “Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcək. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq”. 
Qeyd edək ki, “Medeks Hospital” klinikası bu məsələyə də xüsusi diqqət ayırır. Belə ki, klinika ilə əməkdaşlıq edən mütəxəssislər arasında “Akdəniz Universitetei”nin professor, plastik, rekonstruktiv və estetik cərrahiyə kafedrasının müdiri Ömər Özkan da var. Eyni zamanda, onurğa cərrahiyəsi üzrə dünyada tanınmış, israilli mütəxəssis, “Ben Qurion”  Universitetinin professoru Aleks Geftler ilə əməkdaşlıq haqqında klinikanın razılşaması mövcuddur. Bununla yanaşı, Avropanın, Türkiyənin bir sıra tibb mərkəzləri ilə danışıqlar aparılır və yaxın gələcəksə istənilən ixtisas üzrə tanınmış mütəxəssisləri Azərbayacana dəvət etmək imkanı olacaq. Onu da deyək ki, klinikada həmçinin, Türkiyə universitetlərində, əsasən, “Ege Universiteti”ndə uzmanlıq keçmiş həkimlər fəaliyyət göstərir.

Klinikada xəstələr üçün hər cür şərait yaradılıb...

İstisna olunmur ki, son zamanlar müalicə almaq üçün Türkiyəyə və digər xarici ölkələrə üz tutanların sayı artıb. Bir şeyi də qeyd etmək lazımdır ki, heç də xaricə üz tutanlar hər zaman məmnunluqla qayıtmaya bilər. Çünki, həmin ölkədə insanları “tələ”lər gözləyə bilər. Elə buna görə də, uzağa getmək lazım deyil. Diqqətinizə çatdıraq ki, Azərbaycanda da yüksək standartlara cavab verən tibb müəssisələri mövcuddur. Elə bu baxımdan “Medeks” klinikası istisna deyil. Belə ki, klinikanın yüksəkixtisaslı mütəxəssisləri, müasir texnologiylara əsaslanan cihaz və avadanlıqlarla təchizatı, dünyanın nüfuzlu elm mərkəzləri ilə əməkdaşlığı imkan verir ki, əhaliyə dünya standartlarına cavab verən tibb xidməti göstərilsin. Klinikada 15 ixtisaslaşmış şöbə, o cümlədən, radioloji, cərrahiyə, diaqnostika, reanimasiya şöbələri, təcili yardım, laboratoriya və digər strukturlar fəaliyyət göstərir. Cərrahiyə şöbəsində 4 əməliyyat otağı mövcuddur. Müdaxilələr klassik, laporoskopik və endoskopik üsullarla aparılır. Klinika təbabətin bir çox sahələri üzrə gün ərzində 400-500 xəstəyə yüksəkixtisaslı tibb yardımı göstərmək iqtidarındadır. Klinika tərəfindən həyata keçirilən layihələrin əsas məqsədi həmvətənlərimizin səhhətində yaranan problemlərlə bağlı xarici ölkələrə axını azaltmaq, onlara Azərbaycanda dünya standartlarına cavab verən tibb xidməti təşkil etməkdir. Klinika mütəxəssisləri düşünür ki, xalqımız buna laiqdir. 
Ə.Təhməzli isə ümid edir ki, bir neçə ildən sonra xəstələr xarici ölkələrdən Azərbaycana müalicə olunmaq üçün gələcək.
Ə.Təhməzov deyir ki, Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir: “Sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir. Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasətin mərkəzində insan amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. 
Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. İstedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır”.


Fidan Afər
URL / WWW
http://kelam.az/article/a-8215.html