Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı soyqırımı haqqında ingilis dilində yeni kitablar işıq üzü görüb
23.02.10 20:11

Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən kitabların təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyli kitabların 18 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımın dolğun faktlardan bəhs etdiyini bildirib. V.Əlibəyli “Faciədən danışan iki şəkil” və “Tarixi faktlar və erməni uydurmaları” adlı kitabların ingilis dilində nəşr olunduğunu, xaricdə yayılmasının nəzərdə tutulduğunu vurğulayıb. “Kitablardakı faktlar əsasən o dövrdə faciə haqqında əsl faktları işıqlandıran xarici mətbatın yazılarına əsaslanıb. Birinci kitbatda üstünlük təşkil edən soyqırımı əks etdirən fotolar azərbaycanlı fotograflar M.Həsənoğluya və İ.Cəfərova məxsusdur. İkinci kitab isə faktları öz miflərinə uyğun dəyişdirən ermənilərə xarici mətbuat gözü ilə cavabdır”,-deyə V.Əlibəyli diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-821.html