Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Yaşasaydı 66 yaşı TAMAM olacaqdı...
14.02.15 15:35

Yaşasaydı  fevralın 14-də 66 yaşı TAMAM olacaqdı.  Amma yaşamadı, daha doğrusu özünün dediyi kimi ona biçilən ÖMÜR VAXTI bitdi. Hacı Mirəzizin ölümündən sonra ONSUZ ilk doğum gününü qeyd edəcəyik.  Baxmayaraq ki, hələ sağlığında DOĞUM GÜNÜnü qeyd etmək kimi bir şakəri yox idi. Fevralın 14-nü adi günlərdən biri kimi yola salardı, təbriklərə qısa cavab verər, bəlağətli tərifləri qəbul etməkdən yayınar, mövzunu dəyişərdi. Ən yaxşı halda bir yerdə oturar, adi qaydada şam edərdik. Və beləcə yaşının üstünə gələn YAŞIN məsuliyyətini dərk edərdi.
Vəfatından sonra AĞAnı xatırlamadığımız, yada salmadığımız, söhbətini etmədiyimiz gün olmayıb. Ondan sonra bir Orucluq, bir Qurban bayramı və bir də il dəyişikliyini yola salmışıq. Orucluq və Qurbanda AĞAya, onun məsləhətlərinə və bir ruhani alim kimi dini açıqlamalarına daha çox ehtiyac duymuşuq. 
Hacı Mirəziz Seyidzadə xarakteri və alicənablığı, elmi və idrakı ilə özündə RUHANİ PORTRETİni formalaşdıran bənzərsiz DİN ALİMİ idi. Mən dostum haqqında nə az, nə çox -  iki məqalə yazmışam. Sağlığında ruhani dostumun portretini cızmağa çalışmışam, ölümündən sonra isə başqa bir məqalə ilə “Daha bu dünyaya gəlmir yazığım” deyib onu SON MƏNZİLƏ yola salmışam.  
Bu dəfə 5-6 cümlə ilə kifayətlənməli olacağam, o da xatırlanması məqsədi ilə... Nədən ki, MİRƏZİZ AĞA özü də DOĞUM və ÖLÜM günü ilə bağlı yazıları xoşlamırdı.  

Allah rəhmət eləsin!


Niyaz NİFTİYEV

URL / WWW
http://kelam.az/article/a-8209.html