Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Sən indi də nəzərimdə dirisən
01.11.14 17:54

Torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinə

Vuruşurduq igid kimi, ər kimi,
Borcumuzu verirdik övlad kimi.
Düşmən bizdən qorxurdu lap it kimi.
Heç ağlıma gəlməzdi ki, ölərsən,
Sən indi də nəzərimdə dirisən.

O döyüşdə biz uduzan deyildik,
Erməniyə kömək vardı bilirdik.
Baxmayaraq biz şəhidlər verirdik.
Heç ağlıma gəlməzdi ki, ölərsən,
Sən indi də nəzərimdə dirisən.

Biz hücuma tədbir ilə gedirdik,
Sirrimizi heç bir kəsə demirdik.
Nədənsə arxadan itki verirdik,
Heç ağlıma gəlməzdi ki, ölərsən,
Sən indi də nəzərimdə dirisən.

Qorxmazlığın yayılmışdı bölümdə,
Ölməmisən mərdliyinlə gözümdə.
Yoxluğunu hiss etmirəm elimdə,
Heç ağlıma gəlməzdi ki, ölərsən,
Sən indi də nəzərimdə dirisən.

İstəmirəm sən yuxuma girəsən,
Qucağımda yenə də can verəsən.
O dərdimi yenə təzələyəsən,
Heç ağlıma gəlməzdi ki, ölərsən,
Sən indi də nəzərimdə dirisən.

ALLAH şəhidlərimizə rəhmət etsin!

İsrafil HÜSEYNOV
URL / WWW
http://kelam.az/article/a-8207.html