Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » İngiloylar
19.10.09 14:58

Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə komapakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər.Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar. TARİXƏ QISA EKSKURS
Azərbaycanın Zaqatala, Qax, Balakən rayonlarında azərbaycanlılar və digər azsaylı xalqlarla birgə yaşayan etnik qrup ingiloylar adlanır. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər. İngiloyların əcdadları olan qeller orta əsrlərdə dilləri gürcüləşmiş Albaniya tayfaları olmuşlar.
19-cu əsrdən başlayaraq belə bir fikir irəli sürülmüşdür ki, guya ingiloylar etnik mənsubiyyətə görə 18-ci əsrdə İslam dinini qəbul edən gürcülər olmuşlar. Guya ki, ingiloy sözü «yeni» və yol (özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ancaq «yeni yol» başqa heç bir şeylə əsaslandırılmamışdır. Tarixi məlumatlara görə, azərbaycanlılar ingiloyları qellər adlandırırlar. Qax rayonunun İlisu kəndindəki ingiloyların qellər, avarlar tərəfindən qeloylar, zaxorlar tərəfindən qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi azərbaycanca «yeni qellər» sözlərinin birləşməsindən yaranmışdır. Qellər komponenti qədim qel etnonimi ilə əlaqələndirilir. Strabonun məlumatına görə qellər amazonkalıların arasında yaranmışlar. Bu faktı Plutarx da (ikinci əsr) təsdiq etmişdir. Qədim gürcü mənbələrində Dağıstan xalqları leki adlanır. Onuncu əsr gürcü yazıçısı Yefemiyev Sertoqoriya leklərini albanlar adlandırmışdır.
Qellərin Qafqaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilmişdir. Bəzi tədqiqatçılar qellərin Dağıstanın cənubunda yaşadığını iddia edir. Bəziləri isə Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalq - alazanların Alazan çayı sahillərində yaşadıqlarını bildirirlər. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə – Alazan çayı ərazisində yaşayırlar.
İngiloyların əcdadları olan qellər orta əsrlərdə dinin inkişafı nəticəsində dilləri gürcüləşmiş İran dilli Albaniya tayfaları olmuşlar. İngiloyların əcdadları Albaniya vilayətinin ərazisi olan Eritedə yaşamışlar. Müxtəlif dövrlərdə Gürcüstanın tərkibinə daxil olan qellər gürcü-provaslav dininin təsirindən gürcü dilini qəbul etmiş və gürcü dilinin ingiloy dialekti yaranmışdır.
N.Y.Maar qeyd etmişdir ki, qədim Eretiya vilayəti həqiqətən gürcüləşmiş Albaniya olmuş, sonralar Kaxetiyanın sərhədlərinə daxil olmuşdur.
S.T.Yeremyan da həmçinin qeyd edir ki, Ereti Albaniyanın gürcüləşmiş hissəsidir. Qeyd etmək lazımdır ki, ingiloyların yaşadıqları kənd adlarından heç birinin gürcü dili ilə əlaqəsi yoxdur. Onların yaşadıqları Qasımallı, Zəyəm, Korağan, Əlibəyli, Kötüklü – Qax, Əliabad, Mosul-Zaqatala, İtitala-Balakən ingiloy kəndləri azərbaycandilli adlardır. Qədim topnimlərdə qel etnoniminə rast gəlinir. Ptolomeyə görə, Alban şəhəri Qelda, Qevanda, Qelavu adlanır. ÜMUMİ VƏZİYYƏT
Dövlətin münasibəti. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev nəinki ingiloylar, ümumiyyətlə milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərində deyirdi: «Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…»
«…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür…»
Mərhum prezidentinin bu nitqinin ardınca Qəbələ rayonunda yaşayan azsaylı udin xalqı deyir: «Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hesab edirik.»
Sözün əsl mənasında Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, «Qafqazın Atası» adını verdi.
Bu qayağı bu gün də var və sabah da olacaq. Prezident İlham Əliyev Şimal-Qərb zonasına son səfəri zamanı Balakən, Qax, Zaqatala rayonlarında oldu. Dövlət başçısı hətta Qaxda ingiloyların məskunlaşdığı kəndə bir neçə dəqiqəliyə dayandı, kilsəni ziyarət etdi. Onun qarşılayan ingiloylarla ayaqüstü söhbət zamanı onların problemlərini dinlədi, yaşayışları ilə maraqlandı.        
Əhalinin sayı. Dövlət Statistika Komitəsinin məlumatında ingiloyların deyil, gürcülərin sayı barədə məlumatlar verilir. Azərbaycanın regionları üzrə statistik göstəricilərdə də gürcülər barədə məlumat verilir. Heç bir son dövrlərin statistik məlumatında ingiloy adı altında say göstəricisinə rast gəlinmir. Bu da yəqin ki, ingiloyların gürcü mənşəli olmaları ilə bağlıdır. Biz də aşağıda Azərbaycanın regionları üzrə ölkədə yaşayan gürcülər barədə məlumat verəcəyik. Onların sayı 14 800 nəfərdən çoxdur. Belə ki, Qax rayonunda – 7450, Zaqatalada – 3075, Bakı şəhərində – 2340, Balakəndə -1731, Gəncədə -136, Sumqayıtda -46, Şəkidə -13, Mingəçevirdə -10, Ağstafada -7, Şəmkirdə -5, Lənkəranda – 3, Yevlaxda -3, Əli-Bayramlıda -3, Masallıda – 2, Daşkəsəndə -2, Qazaxda -2, Samuxda -2, Ağdaşda  -2, Göyçayda -2, Qəbələdə -2, Tərtərdə -2, Abşeronda -1, Siyəzəndə -1, Ağcəbədidə -1,  Hacıqabulda -1, İmişlidə -1, Kürdəmirdə -1, Neftçalada – 1, Saatlıda -1 gürcü yaşayır. 
Təhsil. Hazırda respublikamızın 1205 şagird əhatə olunmaqla 6 məktəbində təlim yalnız gürcü dlində aparılır. Təlim Azərbaycan-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 146 şagird gürcü bölməsində,90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 məktəbində 2452 şagird gürcü dilində təhsil alır. Balakən, Qax, Zaqatala bölgəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcü və rus dillərində alırlar.
Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır.
Təhsil Nazirliyi Azərbaycan Respublikası Kosntitusiyasının, Təhsil Qanunun tələblərini və Avropa Xartiyasının prinsiplərini rəhbər tutaraq, azsaylı xalqların dillərinin, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir.
Qax rayonunun Əlibəyli, Gürcü Kötüklü, Qax İngiloy və Meşəbaş kəndlərində əsasən gürcülər yaşayırlar. Torağan və Xələfsala kəndlərində də gürcülər var. Yaşlı nəslin nümayəndələri azərbaycanlılarla qaynayıb-qarışsalar da gənclərin dil problemi var. Onlar yaşadıqları ərazidə öz dillərində danışdıqları üçün qonşu kəndlərə, rayona, lap elə paytaxt Bakıya gələndə çətinlik çəkirlər. Tədqiqatlar göstərir ki, bölgədəki gürcü məktəblərinin Azərbaycan dilinə və tarixinə münasibəti lazımi səviyyədə deyil. Müəllimlər və valideynlər gürcü məktəbləri üçün Azərbaycan dili dərsliklərinin çatışmazlığından giley edirlər. Baxmayaraq ki, onlara öz dillərində təhsil almaları üçün rayonda zəruri şərait yaradılıb.
Gürcü məktəblərində Azərbaycan tarixini Bakı Dövlət, Pedoqoci Universitetlərin tarix fakultəsini bitirmiş məzunlar tədris edir.
Qeyd edək ki, gürcü məktəblərində humanitar fənnlər üzrə dərslikləri Azərbaycanın Təhsil Nazirliyi hazırlayır və 8-ci sinifə qədər pulsuz paylayır. Dəqiq və texniki elmləri əhatə edən dərsliklər isə Gürcüstandan gətirilir. Gürcü şagirdlərin 70 faizi Azərbaycan dili dərsliklərinə malikdirlər. Gürcüstanın Təhsil Nazirliyinin bir sıra kitabları göndərməyə belə imkanı olmur. Belə olan təqdirdə rayonun sabiq deputatlarından biri öz şəxsi vəsaiti hesabına Gürcüstundan Qaxda yaşayan gürcülər üçün kitab alıb və onlara paylayıb.    
Prezident İlham Əliyevin 2004-cü ilin iyunun 10-da Gürcüstana etdiyi səfəri zamanı kütləvi informasiya vasitələrində Azərbaycanın Qax-Zaqatala bölgəsində yaşayan bir qrup ingiloyun Grücüstanın Dövlət Dəftərxanası qarşısında nümayiş keçirtdikləri barəsində informasiyalar getdi. Lakin az keçməmiş Azərbaycanda yaşayan ingiloylar bəyanat yayaraq nümayiş keçirmələrinin səbəbi kimi Gürcüstan hökumətinin onların təhsilləri ilə bağlı lazımı vəsaitlərin vaxtı-vaxtında göndərilməsi istəyində olduqlarını ifadə etmişlər.
Din. Qax rayonundakı 12 kilsədən bəziləri normal fəaliyyət göstərir. Bölgənin gürcü əhalisi öz ənənələrinə sadiq qalır.
Missionerlik siyasətinin davamı olaraq hal-hazırda məşhur Əliabad kəndində baptist dini icması fəaliyyət göstərir. İlk yarandığı illərdə ətrafına 200-ə yaxın təəssübkeş toplamış icma Zaqatal rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları və icmadan narazı olan kənd əhalisi tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində xeyli zəiflədi. Kənddə İslamın möhkəmləndirilməsi üçün (əslində bu missionerlik fəaliyyəti kiçik bir kənddə İslamın misilsiz qüdrətinə heç bir xələl də gətirə bilməzdi) 21-ə yaxın hücrə tikildi, mədrəsə açıldı və ilkin fəaliyyəti zamanı dini təhsil alan tələbələrin sayı 80-ni ötdü. 180 nəfərə yaxın dinini dəyişmiş müsəlman tutduğu əməldən peşman olaraq yenidən İslamın qüdrətinə tapındı. Hal-hazırda 21 nəfər rəsmi, 10 nəfərə qədər qeyri-rəsmi üzvü olan baptist icmasının heç bir nüfuzu yoxdur.
Məşğuliyyət. Etnik, psixoloci, mədəniyyət və s. cəhətlərinə görə, azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar əsasən tütünçülük, taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçiliklə məşğul olurlar.
Azərbaycanda yaşayan gürcülərin heç bir probleminin olmadığını söyləmək düzgün deyil. Amma bu problemlərin əsasən etnik köklərdən qaynaqlandığını iddia etmək də yersizdir. Qax rayonunun 53 min nəfər əhalisinin təqribən 7 minindən çoxu gürcüdür. Onlar rayonun 5-6 kəndində kompakt halında yaşayırlar. Etiraf etmək lazımdır ki, bütövlükdə Azərbaycanın bütün regionlarına xas olan problemlər bu rayonda da mövcuddur.
Gürcüstanda yaşayan azərbaycanlılardan fərqli olaraq, azərbaycanda yaşayan gürcülər torpaq islahatının dadını görüblər. Onların torpaq məsələsində narazılığı əsasən verilən sahələrin uzaqda yerləşməsi ilə bağlıdır.   
Bundan başqa ingiloylar yaşadıqları ərazidə mövcud olan dövlət strukturlarında da çalışırlar. Qax rayonunda polis orqanlarında xeyli gürcü işləyir. Gürcülərin məskunlaşdığı bütün kəndlərdə icra nümayəndələri və bələdiyyə sədrləri gürcülərdir. Qax İngiloy kəndində kifayət qədər azərbaycanlının olmasına baxmayaraq, bələdiyyədə təmsil olunan gürcülər çoxluq təşkil edirlər və bələdiyyənin sədri də gürcülərdəndir. Rayonun səhiyyə sahəsində çalışanların yarıdan çoxu gürcüdür. .
Mədəniyyət. İngiloyların milli adət-ənənələrinin qorunub saxlanması sayəsində dövlət tərəfindən bir sıra işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri də yaşayırlar. Bu bölgələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin yubleyləri ilə yanaşı, gürcü xalqlarının nümayəndələri İ.Çavçavadezinin, Ş.Rustavelinin yubleyləri qeyd edilmişdir. Milli tərkibindən aslı olmayaraq Əlibəyli kənd mədəniyyət evinin gürcü xoru, xalq teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda fəaliyyət göstərən folkolr kollektivləri, kəndirbazlar qurupu, zurnaçılar dəstəsi, «zopu-zopu» xalq kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayırlar.
Rayon mərkəzlərində keçirilən xeyriyyə marafonları, 20 yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması həm də milli azlıqlırın adət-ənənələrinin təbliğinə xidmət göstərir. 
Qax rayon Tarix-Diyarşunaslıq Muzeyində milli adət-ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə diqqət yetirilmişdir.
Azsaylı xalqların bir çox bədii özfəaliyyət kollektivlərinin pəhbərlərinə fəxri adlar verilmişdir. Bu sırada gürcü Z.Poladaşvili «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüşdür.
Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, müsiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.
Qaxda Gürcü Teatırı fəaliyyət göstərir. Eyni zamanda milli azlıqların vokal instrumental ansanblı da onların istifadəsindədir.
URL / WWW
http://kelam.az/article/a-82.html