Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Abdulbari Gözəl ölkə prezidentinin uğurlu idman siyasətinə "Qarabağ"la dəstək verir...
28.10.14 15:31

Yadınızadırmı, bir vaxtlar "Əşi, biz bunu görmərik” deyirdik?.. Amma gördük!
Adi bir Facebook statusunu böyük və ciddi  aksiyaya çevdirdik... Elbrus Ərud dostlara xitabən yazmışdı: “Qarabağ”a dəstək vermək üçün Kiyevə gedəkmi?” Onda ortada nə “Azərsun”nun dəstəyi var idi, nə də “Akkord”un... Statusa rəy yazanlar öz məhdud imkanları ilə “Qarabağ”a dəstək verməyə hazır olduqlarını bildirdilər. Müzakirələr qızışdı, imkanlar götür-qoy edildi, ucuz başa gələcək marşrutlar axtarmağa başladıq.  
Beləcə 15 nəfərlik heyət də formalaşdı. Əvvəlcə Kiyəvə qatarla getməyi planlaşdırmışdıq. Qiymət münasib olduğundan Bakı-Xarkov qatarının hərəkət cədvəlinə nəzər saldıq. Düşünürdük ki, Xarkova gedib oradan da qatarla Kiyevə üz tutarıq. Amma dəqiqləşdirdik ki, qatarla gedəsi olsaq, gərək oyundan 4 gün əvvəl yola çıxaq. Qayıdan da Baklya üç günə gəlib çıxacaqdıq. Bu isə jurnalistlərin gərgin iş qarafiki ilə heç cür ayaqlaşmırdı. Qərəz, bir neçə gün çəkən müzakirələrin nəticəsində dəstək üçün “Azərsun” Holdinqə müraciət etməyi qərarlaşdırdlq. Açığı əvvəlcə inamımız yox idi ki, müraciətimiz müsbət qarşılanacaq. Amma cəhdimiz boşa getmədi. “Azərsun”un əməkdaşları bizim təşəbbüsümüz barədə Hodinqin rəhbərliyinə məlumat verdilər və elə ertəsi gün cavab gəldi ki, jurnalistlərin yol xərcini qarşılamağa hazırdılar. Əlbəttə, bu razılıq bilavasitə Holdinqin prezidenti Abdulbari Gözəlin iradəsindən irəli gəlirdi və biz aşağıda bu şəxsin Azərbaycan futbolunun inkişafındakı xidmətlərindən bəhs edəcəyik.
 
***
 
Cəmi bir neçə günün içində məhz bizim müəyyənləşdirdiyimiz marşrut üzrə həm qatar, həm də təyyarə biletlərilə təmin olunduq. Holdinqin əməkdaşları bizə “Qarabağ”ın bayraqları və geyimlərini də təqdim etdilər. Bütün  bunları ona görə yazdıq ki, dostların bəzisi təşəbbüsün adıçəkilən şirkətdən gəldiyini düşünür və hətta ola bilər ki, aralarında umacaq ünvanı kimi “Azərsun Holdinq”dən müəyyən mənada incik düşəni də var. Tamamilə yalnış qənaətdir. “Azərsun” bir qrup Azərbaycan jurnalistinin təşəbbüsünü dəstəkləyib, onların müraciətini müsbət qarşılayıb. Özünün belə bir planı və yaxud buna oxşar niyyəti olmayıb. Olsaydı, şübhə etmirik ki, heyətin tərkibi başqa cür də ola bilərdi. Təkrar edirik, “Azərsun”a idman jurnalistikasına aidiyyatı olmayan media mənsubları müraciət edib. O jurnalistlər də yuxarıda qeyd etdiyimiz kimi, Facebook statusuna rəy yazanlar, “Qarabağ”a dəstək verməyə hazr olduğunu bildirənlərdir. Bir sözlə, Kiyevə gedən heyət təbii yolla formalaşıb. Düşünürük ki, aydın şəkildə izah edə bildik.
 
***
 
Biz Kiyevə “Qarabağ”ın təkcə uğuruna sevinməyə getmirdik. Aqibətini bölüşəcəkdik! Hər halda nəticə başqa cür də ola bilərdi...  Biz bununla həm də onu göstərmək istəyirdik ki, “Qarabağ” təkcə idman ictimaiyyətinin, idman jurnalistikasının diqqətində deyil – “Qarabağ”ı hamı sevir, onun uğuruna sevinir, uğursuzluğunu özümüzə dərd edirik. İctimai-siyasi, sosial-iqtisadi mövzular üzrə ixtisaslaşmış media mənsubları da “Qarabağ”la nəfəs alır, şou-biznes, kriminal yazarları da “Qarabağ” deyir... Söhbət sıradan bir futbol klubundan getmir. “Qarabağ” təkcə futbol oynamır ki, onun keçirdiyi qarşılaşmaları seyr etməyi müstəhəb hesab edək. “Qarabağ” meydançaya çıxdısa, ona dəstək vermək vacibatdır! “Qarabağ” öz torpağının davasını aparır! “Qarabağ” bayraq davası aparır! “Qarabağ” yerində-yurdunda oynamaq qaqqını özünə qaytarmağa çalışır! Bu ad bizim dərdimiz, kürəyimizdəki yükümüz, ürəyimizdəki ağrıdır. “Qarabağ” Avropanı gəzirsə, bunun özü də diplomatiyadır, təsirli təbliğatdır. Döyüşlərdə güclü oldğumuzu əsgərlərimiz, yaşam tərzində üstün gəldiyimizi iqtisadiyyatımız, inkişafda olduğumuzu siyasətimiz göstərdiyi kimi, idmanda da durmadan irəlilədiyimizi “Qarabağ” göstərir. Dünənə qədər nələri xəyal edirdiksə, “Qarabağ” hamısını taleyimizə çevirir, ölmüş ümidlərimizi dirildir və daha böyük iddialara, hədəflərə həvəsləndirir. Yadınızadırmı, bir vaxtlar Azərbaycan klublarının nüfuzlu turnirlərdə çıxış edəcəyini görməyəcəyimizi düşünürdük?.. “Əşi, biz bunu görmərik...” deyirdik. Amma oldu, gördük, “Qarabağ” bu bəxtəvərliyi bizə yaşatdı. İndi Azərbaycan klubu UEFA-nın mötəbər turnirinin qrup mərhələsinin liderlərdən biridir. Avropanın böyük futbol arenalarının yuxarı başındakı tablolarda “Qarabağ” Azərbaycan” yazılırsa, bunun qarşısında vintillərinə qədər pas atmış erməni təbliğat maşını tab gətirə bilməz.
 
***
 
Əlbəttə, “Qarabağ”ın hazırkı vəziyyətə gəlib çatmasında, Avropanın güclü klubları ilə baş-başa gəlməyə özündə güc tapmasında xidməti olan, bunun üçün illər uzundur əziyyət çəkən, kluba hərtərəfli dəstək verən insanlar var. O insanlar ki, bununla ümumlikdə Azərbaycan futbolunu inkişaf etdirməyə, ona şöhrət gətirməyə və ölkə prezidentinin uğurlu idman siyasətinə dəstək verməyə çalışırlar. Sözsüz, bu sırada birinci adı çəkilməli olan şəxs “Qarabağ”ın prezidenti, “Azərsun” Holdinqin rəhbəri Abdulbari Gözəldir. Gəlin razılaşaq ki, “Qarabağ”ın bügünkü uğurları təsadüfi deyil. Bunun üçün illərdir əmək sərf  olunur, kluba hərtərəfli maliyyə dəstəyi verilir. Avropa səviyyəli komanda formalaşdırmaq balaca məsələ deyil. Abdulbari Gözəl bu işin öhdəsindən gələ bilib və bunun üçün ona ancaq təşəkkür düşür. Hər halda çəkilən zəhmət bütün hallarda Azərbaycan adınadır, QARABAĞa görədir.
 
***
 
Bu gün “Qarabağ”ın bizlərə bəxş etdiyi sevincə qədərki yolun o qədər də hamar olmadığını bilirik, fərqindəyik. Komandanın hansı çətinliklərlə formalaşdırıldığını təsəvvür etmək o qədər də çətin deyil. Bu vaxta qədər bir neçə iddialı və ciddi maliyyə qaynaqları ilə seçilən klublar ortaya çıxdı. Amma çox da uzağa gedə bilmədilər. Bəzisi dağıldı, bəziləri isə hələ də nəzərəçarpan nəticə elədə etməyə çətinlik çəkirlər. “Qarabağ”ın himayəçiləri isə klubu yaşatdılar, onu dəstəkdən məhrum etmədilər. Abdulbari Gözəl  həm də bu mənada seçilən himayəçidir ki, o, başqlarından fərqli olaraq özünə aid olmayan işlərə qarışmadı, kimin əsas heyətdə, kimin isə ehtiyatda oynayacağı kimi məsələlərə müdaxilə etmədi, baş məşqçiyə yüksək sayğı göstərib onun “nazı” ilə oynadı.  Biz Kiyevdə olanda “Qarabağ”ın qaldığı otelə də getmişdik – “Hilton”a. Klubun direktoru Əmrah Çelikəl və digər rəsmi şəxslərlə görüşdük. Təsəvvür edin ki, klub rəhbərliyinin dilindən bir dəfə də olsun eşitmədik ki, baş məşqçidən danışarkən onun sadəcə adını çəksinlər. Eşitdiyimiz ancaq bu oldu: “Qurban hoca”. Qurban Qurbanov Azərbaycanda bəlkə də yeganə məşqçidir ki, sponsorların ehtiram dolu münasibətinin müşayəti altında işləyir – kimsə onun işinə qarışmır. Kimin heyətdə olacağı ilə bağlı suallara da ancaq belə cavablar alırdıq: “Biz bilmərik. Qurban hoca bilər”. Klubun direktoru elə danşırdı ki, sanki onun məvacibini Qurban Qurbanov verir...
 
***
 
Dünən mətbuatda “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin müsahibəsini oxuduq. Siz də diqqət edin: “Bugünkü oyuna gəlincə(Xəzər-Lənkəran-la oyun nəzərdə tutulur), Qurban hoca komandanın əsas heyət üzvlərinə istirahət verib, meydana gəncləri buraxıb. Doğrudur, riskli addımdır, çünki rəqib də sıradan komanda deyil. Ancaq növbəti oyunlara daha yaxşı hazır olmaq üçün Qurban hoca düzgün strategiya seçib, bu addımını alqışlayıram. Bayaq biz öz aramızda danışanda da dedim ki, "Qarabağ" bu gün meydana fərqli taktika ilə çıxdı və rəqibi çaşdıran da bu oldu. Qurban hoca müstəqil insandır, seçim hər zaman onun ixtiyarındadır”. Budur baş məşqçiyə verilən qiymət, ona göstərilən sayğı. Hər halda “Qarabağ”ın bu səviyyəyə gəlib çatmasında Tahir Gözəlin də xidmətləri az deyil. Anacaq o da kimin oynayacağı, kimin oynamayacağı kimi məsələlərə qarışmır. Odur ki, tərəddüdsüz deyə bilərik: Xalqın dəstəyi, himayəçilərinin qurduğu dəqiq iş mexanizmi və ağıllı məşqçi amili “Qarabağ”ın uğurunun açarıdır . Bax, elə bu da “Qarabağ”ı qələbədən qələbəyə aparacaq! Təşəkkürlər, "Azərsun"!
 

"AzerFax"
URL / WWW
http://kelam.az/article/a-8199.html