Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bizi birləşdirən dəyər - Qarabağ
22.10.14 02:05

Bütün günü yoldaydıq, nəhayət Tiflisə çatdıq, otelə yerləşdik. Qatar yolçuluğu adətən ağır olur, amma bu yolun məqsədi o “ağırlığı” xeyli yüngülləşdirdi. Biz 14 jurnalist  - Musavat.com-dan Xalid Kazımlı, “Qafqazinfo”dan Elbrus Ərud və İqbal, Bilik Fondundan Ceyhun Musaoğlu, “AzərFaks”dan Nicat Hüseyn Dağlar, “Aznyus”dan Elçin Zahiroğlu, “Lider” TV-dən Günay Yelmarqızı, “Baku-post”dan Yaqut Quliyeva, “Brend in Baku”dan Zəhra Rüstəmova, “Axar.az”-dan Günay Arda, “Avropa.az”-dan Ruslan Bəşirli, “Araz” radiosundan Cavid Osmanov, Milli.az-dan Anar Məmmədov və  “Azadinform”dan bəndəniz çox yüksək əhval-ruhiyyə ilə Bakıdan yola düşmüşdük. 
Məqsədimiz də bəlli idi - br qrup jurnalist həmkarlarla Kiyevə - Qarabağ Futbol Klubunun növbəti oyununu həm izləməyə, həm də futbolçularımıza mənəvi dəstək verməyə gedirik. 
Çox mehriban və səmimi atmosferdə keçən səfərin hələ ki, birinci  - “yolçuluq mərhələsi”ndəyik. Bəndənizi tanıyanlar bilir ki, futbolla qəti maraqlanmıram, yəni idmanın bu növü maraq dairəmdən çox-çox uzaqdır. Amma Qarabağ klubu ilə bağlı son dövrlər güclü ictimai təbliğat məndə də bu komandanın oyununa baxmağa maraq oyadıb. Etiraf edim ki, “yaşıl meydança”ya getməsəm də, ən azı ev şəraitində Qarabağın bütün oyunlarını izləməyə vaxt tapmışam. Bəlkə də əlimizin hələ də çatmadığı QARABAĞ dərdinə hamı kimi mən də eyni adlı Futbol Klubunun qələbələri ilə təskinlik tapmağa çalışmışam.  
Tale elə gətirdi ki, dostların Kiyevə  - Qarabağ-Dnepr oyununu izləmə dəvətinə mən də qoşuldum. İlk günlər səfərə öz vəsaitimizlə gedəcəyimizi bilirdik və bu barədə heç bir tərəddüdümüz də yox idi. Bir sözlə “Qarabağ üçün niyə də etməyək” düşüncəsi və həyəcanı ilə səfər vaxtını gözləyirdik. Səfərə çox az qalmış layihənin koordinatoru Nicat Hüseyn Dağlar jurnalistlərin səfərinin  “Azərçay” firması və “Akkord” şirkəti tərəfindən maliyyələşdiriləcəyini bildirdi və maliyyələşdirdilər də...  
Təbii ki, sponsorlar bununla kifayətlənmədi.  Kiyevə gedən heyəti Qarabağ, xüsusən də Xocalı ilə bağlı təbliğat materialları ilə təmin etdilər. Hazırda Tbilisidən başlayaraq onların verdiyi təbliğat materiallarından istifadə edərək, Xocalı soyqırımı ilə bağlı əynimizə geydiyimiz gödəkçələrlə az da olsa diqqəti cəlb edirik. Bir sözlə Tiflisdə yerli əhalinin və qonaqların bir anlıq da olsa geriyə dönüb üzərində Xocalı soyqırımı yazılan “gödəkçəli Azərbaycan jurnalistləri”nə baxışlarını təmin edə bilirik. Tiflisdə Heydər Əliyev parkında olduq, ümummilli liderin abidəsini ziyarət etdik, bir az yuxarıda – M.F.Axundov küçəsində yaşayan azərbaycanlılarla, hətta bir erməni (Babik Markorosyan) ilə də qarşılaşıb səfərimizin məqsədinin Qarabağa dəstək olduğunu ifadə etdik.  
Təbii ki, bu prosesi Kiyevdə də davam etdirəcəyik. Məqsədimiz həm Qarabağ klubunun oyunçularına dəstək vermək, həm də Xocalıya ədaləti bərpa etmək istiqamətində Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun gücünə güc qatmaqdır. 

Niyaz Niftiyev 

URL / WWW
http://kelam.az/article/a-8195.html