Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Yaxın bir dostu itirmək məni dərindən üzdü
07.09.14 02:33

Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, Qazilər Şurası və Elmi-Dini Şuranın üzvü Hacı Mirəziz Seyidzadənin haqq aləminə qovuşmasına yaxın bir dostu olaraq dərindən üzülür, İslam aləmi üçün böyük bir itki olduğunu düşünürəm. 
İstanbulda - Halkalı Zeynəbiyyə məscidində Hacı Mirəziz Seyidzadə üçün qılınan Cümə namazında minlərlə adam toplaşmışdı. Məsciddə Seyid Mirəziz Seyidzadə üçün dualar edildi, fatihələr oxundu.
 Mirəziz Seyidzadə Allahı, Əhli-Beyt sevən, milləti üçün çalışan tam bir vətənpərvər idi. Həm şair, həm arif, həm aşiq, həm də sadiq bir dostu itirmək bizi dərindən üzdü. 
Azərbaycan ziyarətimizdə özünün qonağı olmamamıza baxmayaraq, bizə çox ehtiram etmiş, qonaqpərvərlik göstərmiş, Hava Limanına qədər bizi yola salmışdır. 
Yaxın bir dostu itirmək məni dərindən üzdü, o cümlədən də İslam aləmi üçün böyük bir yarıq  meydana gətirdi. Dostlarına və ailəsinə başsağlığı diləyirəm. 
Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və idarədəki digər iş yoldaşlarının, bütün Azərbaycan xalqının başı sağ olsun.


Türkiyə Cəfərilərinin lideri 
Səlahəddin Özgündüz
URL / WWW
http://kelam.az/article/a-8190.html