Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » R.T.Ərdoğana ayaqqabı atan şəxs sərxoş vəziyyətdə olub
24.02.10 03:11

İspaniyada bir nəfər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ayaqqabı atıb. KƏLAMİNFO xəbər verir ki, hadisə baş nazirə “NODO” mədəniyyətlərarası mükafatı veriləndən sonra baş verib. Hadisə Sevilla Bələdiyyəsi binasının çıxışında baş verib. Ayaqqabını atan şəxs Türkiyənin Baş nazirini binanın girişində gözləyən nümayişçilərin arasında olub. O, ayaqqabını R.T.Ərdoğana avtomobilə oturanda atıb. Lakin ayaqqabı Ərdoğana dəyməyib. Təxribatçı İspaniya polisi tərəfindən həbs edilib və dindirilib. Məlum olub ki, ayaqqabı atan şəxs 1989-cu il təvəllüdlü Suriya vətəndaşıdır. Bu arada məlum olub ki, həmin şəxs həddindən artıq sərxoş vəziyyətində olub.
URL / WWW
http://kelam.az/article/a-819.html