Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil işçilərinin Çexiyada keçiriləcək təlim proqramında iştirak etmək şansı var
24.02.10 03:11

Mayın 12-14-ü tarixlərində Çexiyada Avropa Şurasının Pestalotzi proqramı çərçivəsində “Müəllimlik fəaliyyətində yaradıcılıq və innovasiya” mövzusunda təlim proqramı keçiriləcək. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda Azərbaycanın ibtidai sinif müəllimləri, müəllim hazırlığı sahəsində çalışan şəxslər, məktəb rəhbərləri və digər təhsil işçiləri iştirak edə bilərlər. Proqramın işçi dili ingilis dilidir. İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Təlim proqramlarında iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulan ərizə formasını 26 fevral 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-818.html