Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “1992-93-cü illərdə Azərbaycan gəncliyi hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu”
08.05.14 22:34

Azərbaycanda dövlət gənclər siyasətinin təməli 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Gün.Az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında çıxışı zamanı Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dilə gətirib.
Ə.Həsənovun qeyd etdiyinə görə, ötən illər ərzində əsası H.Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bəhrələri özünü göstərməkdədir. “Qeyd edim ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycanda bütün sahələrdə xaos, böhran yaşanırdı. Və təbii ki, bu böhranın, xaosun ilk zərbəsi Azərbaycan gəncliyinə dəyirdi. O zaman Azərbaycan gəncliyi hakimiyyət uğrunda mübarizəyə cəlb olunur, vətəndaş müharibəsində öz həmvətəndaşına qarşı silahdan istifadə edirdi. Azərbaycan gəncliyi səngərdə düşmənə qarşı döyüşmək əvəzinə, hakimiyyət uğrunda mübarizədə maraqlı qrupların əlində alətə çevrilərək bir-birinə qarşı silah çəkirdi.
Ancaq 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, gənclərlə bağlı sahədə də ciddi dönüş baş verdi. Və gəclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı” - deyən, PA rəsmisi qeyd edib ki, Heydər Əliyev fəaliyyəti dövründə növbəti seçkiləri deyil, gələcək nəsilləri əsas götürüb.
“Gənclər siyasəti ümummilli liderin fəaliyyətində və siyasi kursunda daim əhəmiyyətli yer tutub” - deyə, Ə.Həsənov vurğulayıb.
Ə.Həsənov həmçinin bildirib ki, H.Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti onun siyasi varisi ölkə prezidenti İlham Əliyevin 11 illik hakimiyyəti dövründə də uğurla davam etdirilir.
“Heydər Əliyevin dünyasını dəyişməsindən sonra dövlət gənclər siyasəti nəinki zəiflədi, əksinə daha da gücləndi. Məhz bu siyasət nəticəsində Azərbaycan gəncliyi ölkə həyatının ən avanqard hissəsinə çevrilib” - deyə, Ə.Həsənov daha sonra sözlərinə əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-8179.html