Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Şiələrin dini lideri Sistani ölkəni tərk etməzsə - sui-qəsd nəticəsində öldürüləcək
08.05.14 22:23

Terror təşkilatı “əl-Qaidə”nin davamçısı olan İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı İraqın dini lideri Ayətullah Sistaniyə qarşı sui-qəsd ediləcəyini açıqlayıb. İŞİD-in açıqlamasında bildirilib ki, İraqdakı şiələrin dini lideri, Səfəvi nəslinin nümayəndəsi olan Əli Sistani tez bir zamanda İraqı tərk etməzsə, sui-qəsd nəticəsində öldürüləcək. Bununla bağlı Nəcəf-ül Əşrəf şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Ayətullah Sistaninin evinin yerləşdiyi bölgədə də təhlükəsizlik tədbirlərinin artırıldığını bildirilib. 
Polis qüvvələri açıqlama verərək bildiriblər ki, onlar Sistaniyə qarşı olan bütün hücumları dəf etməyə hazırdırlar: “Bütün insanlar əmin olsun ki, cinayətkar qrupların çirkli əlləri əsla böyük dini liderə çata bilməyəcək”.
URL / WWW
http://kelam.az/article/a-8177.html