Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Təcnislər
08.05.14 21:37

Ey dil nəyə lazım bu ağlu kəmal,
Aşiq ol dünyadan kam verib, kam al.
Dünyada görərsən min sifət, min üz,
Yaxşı üz görməkdən dünyadan əl üz.

Aşiq ağla gəlməz versən min kitab,
Eşqin qarşısında nə edər ki, tab.
Eşqin şiddətindən yırtılar damar,
Bədəndə qan qalmaz, gözdən qan damar.

Al dodaq, qara zülf, birdə tər sinə,
Aşiqin bəxtini yazar tərsinə.
Hardasan cavab ver, ey Əzizi Pünhan?
Məgər məhəbbətdən olmusan pünhan? 

* * * 

Özaqlaş qüssədən könül taï aram,
Sənə bir maraqlı mövzu taïaram.

Daha bu həsrətlə etməzsən dəva,
Kədərə-kədərlə çəkərsən dəva.

Vüsal əyyamidir gözün daha sil,
Vüsaldan min hicran olsa da hasil.

Eşq ilə dolanır bütün masiva,
Nə var bu dünyada de, ondan siva.

Eşqsiz ürəkdən axar sitəm kin,
Aşiq vəslə yetər göstərsə təmkin.

Məhəbbət eyləyir dünyanı bərïa,
Aşiqin vücudu eşqdir sərpa.

Yar sənə göstərsə bir dəfə xoş üz,
Onda Əziz Pünhan, özündən əl üz.


Əziz 
Pünhan
URL / WWW
http://kelam.az/article/a-8174.html