Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Saqinamə
08.05.14 21:32





Saqi, nə gözəl zəmanə gəldik,
Gerçəkdə ikən gümana gəldik.

Gülgün meyl ilə qızardı rüxsar,
Əksiltmə bu zövqu, şövqi zinhar,

Aludəliyə yenə dəvam et,
Bu əyri xəyalimə nizam et.

Bəsdir məni zarə bircə şüşə,
Taki yetə başım ovci ərşə.

Mey ilə bu ruhu eylə islah,
Ta neməti-vəslə gəlsin iştah.

Əhvalımızı eylə qəməngiz,
Ta vasili vəsli-eşq olaq biz.

Saqi, kərəm eylə lütf badə,
Taki xuminə girək ziyadə.

Badən qədəru qəzadu saği,
Çün rəğbətu Murtazadu saği.
 
Ver cam tapa şəfaətin can,
Qurban sənə bu Əzizi Pünhan.


Əziz 
PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-8172.html