Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Hacı Mirəziz Seyidzadə – 65
08.05.14 21:23

Fevralın 25-də  Azərbaycan  Yazıçılar  Birliyində  ilahiyyatçı  alim,  yazışı-publisist  və  şair, Qafqaz  Müsəlmanları  İdarəsi  Fətva  şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi keçirildi. Tədbirdə AYB-nin katibi Fikrət Qoca, "Ulduz"  jurnalının  Baş  redaktoru  Elçin Hüseynbəyli,  ədəbi tənqidçi  Aaqif Yusifli,  akademik  Bahadur Tağıyev,  Milli Dram Teatrının aktyoru  İlham Əsgərov, xalq artisti Bilal Əliyev, QMİ sədrinin müavinləri Hacı Fuad Nurullayev, Rəşad Əliyarlı din xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri iştirak edirdi.  
Tədbiri şair Fikrət Qoca açaraq bildirdi ki, Hacı Mirəziz Seyidzadə çox gözəl şairdir.  Fikrət  Qoca  yubilyarı  Azərbaycan  yazıçıları  adından təbrik etdi: "Biz bu gün Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyinə toïlaşmışıq. Onu ürəkdən təbrik edirəm, ona uzun ömür can sağlığı arzulayıram".
Tədbirə  aïarıcılıq  edən  Elçin Hüseynbəyli Hacı Mirəzizi təbrik edərək onun ədəbi mühitə töhfələrindən danışdı. Sonra tədbirə toïlaşanlar Hacı Mirəziz haqqında xoş sözlərini ifadə etdilər. 

Ədəbi tənqidçi Vaqif  Yusifli: "Görünən kənddə nə bələdçi. Neçə illərdir ki, biz Hacı  Mirəzizi tanıyırıq, onun xasiyətinə, xarakterinə, məlumatlılığına kifayət qədər şahid olan insanlarıq. Mən onu ilk dəfə 1977-ci ildə Masallıda yas mərasimində görmüşdüm. O zaman cavan idi. Amma ona qədər mən Hacının barəsində  eşitmişdim. Yəni Cənub bölgəsində  belə  bir  cavan  var,  dini, çox gözəl  bilir, bütün məclislərdə iştirak  edir. Səhv  etmirəmsə, Hacı  Mirəziz həmin dövrdə  Astarada  çalışırdı. Mən həmişə belə fikirləşirdim ki, Ağa Mirəziz  məndən  böyükdür, ancaq 65 yaşı indi tamam olur, mən isə 66 yaşındayam. 
Mənim təsəvvürüm belədir ki, insan həmişə özündən güclü, istedadlı  adam görürsə, bunu etiraf eləməlidir. Mən də etiraf edirəm ki, Hacı Mirəziz mənim bilmədiyim bir çox şeyləri bilir: ərəbcə, farsca və s. Hacı Mirəziz  Azərbaycanda dini, dini  həqiqətləri  də  yaxşı  bilən gözəl din xadimi kimi diqqəti cəlb edir. 
Mən Hacı Mirəzizin şairliyi haqqında  bir neçə kəlmə demək istəyirəm. Şairlik istedadla  bağlıdır.  Bu  gün Azərbaycanda  əruzu da bilən var, ərəbi də, farsı da, amma tanınmış şair deyil. Hacı Mirəziz əruzu gözəl bilir, onu şeirlərində  istifadə edir, onun müxtəlif  bəhrlərinə yaxşı bələddir  və  bu da onun qəzəllərində özünü göstərir. Hacının yazdığı şeirləri mükəmməl şeirlər hesab edirəm. Onun yazdığı Divanda qəzəl,  qəsidə,  müxəmməs,  tərkibənd,  hətta müasir  şeir formaları -  qoşma, gəraylı və s. də var. 
Hacı Mirəzizi Azərbaycanda tanımıyan yoxdur. Möhtəşəm bir din xadimi kimi  onu  nəinki  Azərbaycanda ,  həmçinin Şərq məkanında tanıyırlar. Ona molla demək,  adi  bir din xadimi kimi təqdim eləmək böyük Tanrının alovlu təbliğatçısını gözdən salmaq deməkdir.  Tanrı sifətli bu seyyid  övladı  aldığı dini  təlim  və  yüksək  təhsillə öz məqamına yetişib. O Allah kəlamlarının məziyyətlərinin şərh edən neçə-neçə monoqrafiyanın müəllifidir. İlahiyyat üzrə fəlsəfə doktorudur - "Kəlam"  elmi-ədəbi-ïublisistik æurnalın Təsisçisi və Baş redaktorudur. Hacı Mirəzizin digər titul və xüsusiyyətlərini də sadalamaq olar. 
Mən Ağaya uzun ömür,  can  sağlığı,  könül xoşluğu, öz işlərində uğurlar arzulayıram və bir yerli kimi də onunla fəxr edirəm. 

Akademik  Bahadur  Tağıyev:  "Hörmətli tədbir iştirakçıları. Mən Hacı Mirəzizi uşaqlıq  illərindən, müəllim  işlədiyim  illərdən tanıyıram. Yəqin  çoxunuz bilirsiniz ki, Hacı Mirəziz gözəl bir  ruhani  ailəsinin layiqli təmsilçisidir. Mirəzizin Cənub  zonasında  tanınan əmisi var idi - Molla Mirbaba. Savadda o kişinin tayı-bərabəri yox idi. Mən hesab edirəm ki, Hacı Mirəziz Peyğəmbər nəslinin layiqli  nümayəndəsidir.  İndi  Hacı Mirəziz kimi şəxsiyyətlərin varlığı bizə daha çox lazımdır. Din adamları və mollalar məndən inciməsinlər. ×ünki onların  bəzilərinin  davranışında  bəzi xoşagəlməz məqamlar var. Hacı Mirəziz isə bütün xoşagəlməz  məqamlardan,  cəhalət  və  xurafatdan uzaq bir adamdır. Bu gün  biz  fəxr edə bilərik ki, Hacı Mirəziz Buxarada ali məktəbi, dini məktəbi qurtarıb, onun bütün addımları diqqətə layiqdir. Hacı Mirəziz 20 ildən çox Bakı İslam Universitetinin Sumqayıt Filialına rektorluq edib.
Mən  İslam Universitetinin Sumqayıt  filialında dərs deyəndə gördüm ki, Hacı Mirəziz  Seyidzadə  tələbələrə  diqqətlə  yanaşan adamdır. O tələbələrin sadəcə dini  təhsil  almasını, Quran elmini, fiqh və hədisləri  öyrənməsi  ilə kifayətlənmir, həm də onların yüksək səviyyədə dünyəvi təhsil alması üçün də çalışırdı. 
Hacı  Mirəziz ağa çox xoşbəxt adamdır ki, belə bir elmlə məşğul olur. Onu deyim ki,  Hacı Mirəziz  təkcə Azərbaycanda yox. həmçinin bütün İslam şərqində tanınmış  bir şəxsiyyətdir. Bu tanınma günü-gündən daha da güclənir. Ədəbi yaradıcılığında onun ortaya qoyduğu “Divan” əsl şairlikdən xəbər verir. Mən Hacı Mirəzizə həm elmdə, həm dində həm də ictimai fəaliyyətində uğurlar arzulayıram.

Azərbaycan Ağsaqqallar Şurasının üzvü İmran Əbilov: "Hörmətli Elçin müəllim, hörmətli Hacı Mirəziz Seyidzadə, hörmətli tədbir iştirakçıları. Bir neçə vaxt  bundan  əvvəl  bu gözəl  zalda  İsrafil Hüseynovun  yubileyini qeyd etdik  və onun  haqqında  öz  gözəl  fikirlərimizi söylədik. Bu gün ilk çərşənbə - su çərşənbəsidir. Biz bu gün su kimi təmiz, şəffaf olan Hacı Mirəziz Seyidzadənin yubileyini qeyd edirik. Bu məclis həm də Hacının əsərlərinin təqdimatıdır.  Mirəziz Seyidzadə, Hacı, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası, Elmi-Dini Şuranın üzvü, Fətva şöbəsinin müdiri, şair, islamşünas, fəlsəfə doktoru, filosof  və  başqa  adını çəkə bilmədiyimiz titullar... Bu titulların hər birinə Ağa sahib  olub.  Bu titulları  o necə qazanıb. ×ox qəribədir. Ona kim dayaq olub, kim ona kömək edib,  kim  onu qaldırıb. Deyirlər ki, bizim  ölkədə  iki dağ var,  tək məna daşıyır:  biri Göyəzən dağıdır Qazaxda, biri də Naxçıvandakı İlandağ. Adətən  deyirlər  ki, dağlar dağlara söykənib dayanır.  Lakin bu Göyəzən dediyimiz  dağın arxası yoxdur, o tək-tənha ucalır. Bizim Mirəziz Seyidzadəmiz heç bir dayağı olmadan öz gücünə ucalıb. Lakin ona kömək edən olub. Bizim Mirəziz  dostumuz  Allaha  ïənah  gətirir, Allahdan kömək alır və ucalır. O hər gün  yaşadıqca  onun şöhrəti  bütün Azərbaycana yayılır. Belə deyirlər ki, bir gün bir  adam  qaçırdı,  şöhrəti qovurdu.  O çox qaçdı. Qan-tər  içində  şöhrətin ardınca qaçırdı,  ancaq şöhrəti taïa bilmədi. Bir nəfər də qaçırdı, ancaq şöhrət onun arxasınca  düşmüşdü. Şöhrət  onu  qovub tutdu. Həmin o adamlardan biri də bu gün yubileyində iştirak etdiyimiz Hacı Mirəziz Seyidzadədir. Şöhrət özü gəlib taïıb onu. O şöhrətin ardınca qaçmayıb. Mirəziz Seyidzadə elə-belə həyatda yaşamayıb. Rəhmətlik Bəxtiyar Vahabzadə deyib:  

"Getdim qarın üstündə mən,
Gördüm ayaq izlərimi
Bəs, o izlər itdi nədən
Ancaq günəş çıxan kimi.
Qar üstündə inan ey dost,
İz salmaq çox asan olur
Ancaq günəş çıxan kimi 
Onun ömrü bir an olur.
Çətin olsa da, sən çalış
İzin düşsün daş üstünə.
Əssə külək, boran və qış
Poza bilməz onu yenə".

Mən  hesab  edirəm ki, ağamız  daş  üzərində iz salıb, qar üzərində yox. Onun izləri bizim ölkəmizin tarixində əbədi qalacaq. Daş üzərindəki izlər kimi, babalarımızın  o qayaların üzərindəki izləri kimi əbədi qalacaq. Biz Mirəzizlə qonşu kənddə yaşamışıq. Ancaq bizim yollarımız ayrı olub. O alim, filosof, dinşünas olub, mən isə ömrüm boyu kənd təsərrüfatı sahəsində çalışmışam. Biz hamımız  onunla  fəxr etmişik. Mən Resïublika Ağsaqqalar Şurası İdarə Heyəti adından, öz adımdan Sizin yübileyinizi təbrik edirəm, can sağlığı və uzun ömür arzu edirəm.

Fəxrəddin Teyyub: "Hacı Allah ömür verdi ki, Sizin 65 illik yubileyinizi də gördük. Siz həyatın bütün sahələrində xoşbəxt ola bilərsiniz. Mən bir şeir yazmışam. Hislərimdir, indi bilmirəm yaxşıdır, ya ïis:

"Dərə keçib dağ aşmaqdı,
Həyat ki, var yarışmaqdı.
Ulduz olub sayrışmaqdı
Həm dürr olmaq, həm nur olmaq
Bu yaş sevgi yaşı deyil,
Bu yaş daha naşı deyil.
Hər kişinin işi deyil
Həm nər olmaq, həm nur olmaq
Bizi boğan daş bacadı,
Tüstülənir baş bacadı
Bəlkə elə tamaşadı
Həm sirr olmaq, həm nur olmaq.
Şerin sözün mədhiyyədi.
Deməyin ki, bədiyyədi
Bir İlahi hədiyyədi
Həm ïir olmaq, Həm nur olmaq.
Şəri yandır Əziz Pünhan
Söz, söz qandı Əziz Pünhan 
Tanrıdandı əziz Pünhan 
Həm yer olmaq, həm nur olmaq".

Qəzəlxan Hacı Arif Buzovnalı:  "Mən də Hacı Mirəziz Seyidzadəni təbrik edirəm. Bu gün onun 65 yaşı tama olur. Allah mübarək eləsin. Amma maşallah cavan görsənir. Mən onu uşaqlığımdan tanıyıram. Mən bilirəm ki, Hacının “Dilsuz duyğular” adlı bir kitabı da bu yaxınlarda çaïdan çıxacaq. Hər bir adamın güclü vaxtı onun gəncliyi dövründə olur. İnsan o dövrü keçərsə, öz təcrübəsinin hesabına, gör-götürün hesabına, eşitdiklərinin, bildiklərinin  hesabına  başlayar nə  isə yaratmağa. Çox qəribədir son 10 ildə Hacı Mirəzizin təkcə dinlə bağlı deyil, incəsənətin, elmin bir çox sahələrində elə bir irəliləyişi var ki, o gənclik çılğınlığı onun yanında çox az görünür.  Seyidlər  İlahi  bir qüvvə sahibi, Allahdan gələn bir qüvvənin sahibləridir. Hacı Mirəziz öz fəaliyyətində  artıq  ïeşəkarlıq  həddini  də keçib. Hacı Mirəziz böyük  şerlərin içini doldura bilir, onları məna tutumu ilə bəzəyə bilir. Öz fəaliyyətində bizim ağsaqqalımıza, şairimizə, alimimizə uğurlar arzulayıram və inşallah 65-dən o yana da qət edəcək və tez-tez görüşəcəyik".
Milli Dram Teatrının aktyoru İlham Əsgərov:  "Bu məclis münasibəti ilə mən də Hacı Mirəzizi təbrik edirəm. Hacı Mirəziz gözəl dost, gözəl insan, gözəl şəxsiyyətdir. Bu gün biz bir daha onu ürəkdən təbrik edirik. Bu gün su çərşənbəsidir. Mən Hacıya su qədər ömür arzulayıram. İndi də gəlin Hacı Mirəzizin misralarına üz tutaq:

"Elə bu xəlqə çalış xidməti Allaha görə
Sərf elə varı, gücü qüdrəti Allaha görə
Bu cahan içrə halal ilə haram fərqini bil.
Nuş elə caiz olan neməti Allaha görə.
Əli rəhmilə yaşa, Hatəmi ol dövranın
Vermə əldən belə bir fürsəti Allaha görə
Səni öz eşqi ilə xəlq elədi Xəllaqun
Sən də ver eşqə həmin zinəti Allaha görə.
Alim olsan da vəzifən sənə bir xidmətdir
Hər işin adına tut niyyəti Allaha görə
Səni düz bəndə bilib verdi Xuda sərmayə
Sən də xərc et bu halal sərvəti Allaha görə.
Əyilib zalimə, məzlumə cəfakar olma
Sağ ikən sən də qazan rəhməti Allaha görə
Öz nizamınla fəqir millətə qiymət qoyma
Özünü həm də tanı xilqəti-Allaha görə.
Onun eşqilə edir dövr bu göylər, yerlər
Almışıq rəhmət üçün möhləti Allaha görə.
Bu Əziz Pünhan özündən sizə bir kəlmə deməz
Ayələrdən götürür ibrəti Allaha görə.

Hacı Fuad Nurulla: "İlk olaraq Şeyx Həzrətlərinin salamlarını hamınıza çatdırıram. Yazıçılar  Birliyinin  rəhbəri  Anar müəllimə və o birlikdə vəhdətdə olan  bütün  insanlara təşəkkür  edirəm ki, bizim Ağamız, bizim ağsaqqalımız Hacı Mirəziz Ağaya  belə  bir  diqqətlə yanaşıblar və onun 65 illik yubileyinin qeyd olunması  üçün belə bir məclis təşkil ediblər. Təbii ki, Ağanın barəsində çoxlu sözlər deyilib və deyilər. Bir kök ki, Həzrəti Peyğəmbərə (ə) köklənib, Həzrəti Əliyə (ə) köklənib biz o zat barəsində dəyərincə söz demək haqqına sahib deyilik. Amma bir Allah bəndəsi kimi, bir kiçik ruhani qardaş kimi mən Ağa barəsində bir  neçə  cümlə  demək  istəyirəm.  
Hərtərəfli  olaraq Ağa mənə yaxın və bağlı insandır. Mən də Ağaya uzun ömür, can sağlığı arzulayıram və bütün həmkarlarımız adından onun yubileyini təbrik edirik. İnsanın məhsuldar dövrü yaşa dolduqca böyüyür. O bu dövrdə öz keyfiyyətlərini  ortaya qoyur.  Biz Ağaya  uzun ömür arzulayırıq, onun İnşallah 100  ilini  qeyd edək və gözəl kitablar, gözəl şeirlər, gözəl əsərlər ortaya qoysun, bütün Azərbaycan xalqı, müsəlman dünyası ondan bəhrələnsin, faydalansın. 

QMİ-nin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı: "Mən əziz və möhtərəm şeyximizin salamlarını hamınıza çatdırıram. Qafqaz Müsəlmanları İdarəsi əməkdaşları adından Hacı Mirəziz Seyidzadəni təbrik edirəm. Biz ümidvarıq ki, Siz bundan sonra da öz fəaliyyətinizdə,  gənclərə göstərəcəyiniz qayğılarla bizi sevindirəcəksiniz. Sizi təbrik edirəm".
Xalq artisti Bilala Əliyev: "Bütün məclis iştirakçılarını ürəkdən salamlayıram. Məni  də  bu gözəl tədbirə  dəvət  etdiyiniz  üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Mən çox xoşbəxtəm ki, xalqımızın dəyərli oğlu Hacı Mirəzizin  bu  şad günündə  iştirak edirəm. Fürsətdən  istifadə  edib ona uzun ömür, can sağlığı, xoşbəxt həyat, gələcək bütün işlərində ən böyük uğurlar, ən böyük  nailiyyətlər  arzu edirəm. Onun üzündəki nurdan bilinir ki, o Allaha ən yaxın insanlardan biridir.  Rəbbimiz onun qəlbi, könlü necə istəyirsə, ondan da gözəl günləri nəsib etdsin.  Allah  onu  bütün  dərddən, bəladan, xətadan uzaq etsin, gün o gün olsun onun inşallah 100 illik yubileyini qeyd edək. Bizim xalqımızın ona çox böyük ehtiyacı var".

Hacı  Mehman  Fərzullayev:  "Mən Hacı Mirəzizi təxminən 40 ildir  tanıyıram. 30 ildir  sıx əlaqəmiz var.  Deyə  bilərəm ki, onun yazdıqlarının hamısını  da olmasa  90  faizini oxumuşam.  Hacı  Mirəzizin  gözəl ïublisistikası var. Mən burda həm də "Xalq qəzeti"nin adından danışıram. Mən dəfələrlə şahidi olmuşam ki,  Hacı Mirəzizin  yazıları, ïublisistikası "Xalq qəzeti" üçün yazdığı dini  yazıların  üzərində işləyərkən o qəzetin kollektivi, redaktoru etiraf edirdilər ki, kaş bizim bütün alimlərimiz Mirəziz kimi yazaydılar. 
Mən Hacı Mirəzizin rəhbərlik etdiyi "Kəlam" æurnalında vaxtaşırı  çıxış edirəm,  bütün  nömrələri alıram və oradakı yazılarını oxuyuram.  Mən hesab edirəm ki, Həzrəti Əli (ə) haqqında  Azərbaycanda  Hacı Mirəziz  qədər araşdırma aïaran olmayıb. Mən Hacı Mirəzizə Allahdan uzun ömür, can sağlığı arzu edirəm".

Hacı  Əhməd Abbasov:  "Mən Hacı Mirəzizi uzun müddətdir ki, tanıyıram. Uşaqlığımız, gəncliyimiz, bir sözlə ömrümüzün böyük bir hissəsi  bir yerdə keçib. Hacı Mirəziz Seyidzadə demək olar ki, son 10 ildir rahat nəfəs alır. Hacı Mirəziz  o vaxta  qədər çox keşməkeşli  həyat tərzi keçib. Sovet dövrünün casusları onu çox incidiblər. Ağa ona qarşı  tətbiq  edilən  bütün sarsıntılardan üzüağ çıxdı və bu gün bizim aramızda bir nümunə kimi dayanıb. Hacı Mirəziz çox əziyyətlər çəkərək, çox məşəqqətlərə qalib gələrək bu günki məqamına gəlib çatıb. Bütün bunlar mənim gözlərimin qarşısında baş verib. Mən Hacı Mirəzizə fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm".

Zahid Sadıqov: "Hacı Mirəziz Ağa haqqında söz demək özü də bir şərafətdir. Onun haqqında  deyiləsi  ürəyimizdə  bir çox söz var və biz bunları deməliyik. Hacı Mirəziz Ağa bir çox sahənin bilicisidir.  Tale elə gətirib ki, Ağanın cavanlığı, yəni dinin təbliğinə başladığı dövr bizim uşaqlıq illərimizə təsadüf edib. Biz o vaxta qədər mollaları yalnız bir üslubda görmüşdük. Onlar yalnız dini işlərlə məşğul  olurdu.  Ancaq  Hacı Mirəziz Ağa bu sahəyə tamam başqa bir ab-hava ilə, başqa bir novatorluqla gəldi. Biz İslamı Hacı Mirəziz Ağanın dediyi həqiqi, real tanımışıq. Hacı Mirəziz Ağanın sahib olduğu nailiyyətlər hələ son hədd deyil. Mən inanıram ki, Mirəziz Ağa istər dini sahədə, istərsə də digər sahələrdə  hələ  çox  müvəffəqiyyətlər qazanacaq. Bu gün Hacı Mirəziz Ağa qoşma,  təcnis,  müxəmməs, bayatı, qəsidə və sair şeir janrlarında  elə şeirlər yazır ki, mən sözün həqiqi mənasında ona qibtə edirəm. Bir şeyə də qibtə edirəm ki, Allah Hacı Mirəziz Ağaya çox böyük enerji verib. 
Mən onu ürəkdən təbrik edirəm və arzu edirəm ki, Allahın nəzəri hər zaman onun üzərində olsun. İcazənizlə ona yazdığım şerin bir hissəsini oxuyuram:

Seyid ocağının başındasan sən
Kamillik, müdriklik yaşındasan sən.
Nəsil üzüyünün qaşındasan sən 
Gözün aydın olsun Mirəziz Ağa.

Doğurdan da o bizim nəsil üzüyümüzün qaşıdır  və  biz fəxr edirik ki, nəsilimizdə  Hacı Mirəziz Ağa kimi əmioğlumuz var.

Rasim Qurbanov: "Mən bu məclisə dəvət edildiyim üçün çox böyük şərəf duyuram.  Düzdür,  burada  məndən  böyük  insanlar var, onların  yanında  söz demək bir az çətindir, amma mən Hacı Mirəziz Ağaya olan ürək sözlərimi ifadə edəcəyəm. Onu da xüsusi vurğulayım ki, mənim də həyatda müəyyən mövqe tutmağımda Hacı Mirəziz Ağanın əməyi olub. Hacı Mirəziz Ağa əsl Ağadır, alimdir, şairdir, ïublisistdir, naşirdir, yaxşı insan və yaxşı qonşudur. Hacı Mirəziz Ağa bizim yas məclislərimizdə ölülərimizi yerdən götürən, toy mərasimlərimizdə isə gənclər arasında kəbin kəsən  Ağadır. Zəlimxan Yaqubun belə bir sözü var:

"Bir qalın kitab var, bir qalan kitab. 
Yazanda elə yaz kitabını sən
Qalından olmasın, qalandan olsun".

Hacı Mirəziz Ağanın həyatı, yaradıcılığı, bütün varlığı qalan kitabdır. Artıq o öz dəsti xətti ilə sübut edib ki, onun bütün həyatı qalın deyil, məhz qalan kitabdır. Mən arzu edirəm ki, Allah Hacı Ağaya uzun ömür nəsib eləsin, o heç bir zaman bizim başımızın üstündən əskik olmasın".

Niyaz Niftiyev: Azərbaycan cəmiyyəti Hacı Mirəzizi  daha çox din və ictimai xadimi  kimi tanıyır.  Hacı Mirəzizin  həyatını  vərəqləyərkən onun çox çətinliklərlə üzləşdiyini görməmək mümkün deyil. Əsasən də haqsızlıqla barışa bilmədiyindən uzun illər mübarizə aïarıb. Haqqı  isbat  edə bilməyəndə isə razılaşmayaraq müəyyən zamana ehtiyac duyub. Onun içindəki mübarizlik əhval-ruhiyyəsi heç vaxt sönməyib, əksinə, əməli nəticəyə çatmaq üçün daha da şölələnib. Elə bunun nəticəsidir ki, hər bir ïroblemin həllində ədalətin bərïasına çalışıb, gec də olsa buna nail olub. Bu, hər şeydən əvvəl Hacı Mirəzizin səbir və qətiyyətinin sayəsində mümkün olub.  
M.Seyidzadə  bir  ruhani  kimi  bütün  hərəkət  və davranışı ilə ətrafa örnək olmaqla  nümunə  göstərib. Həmişə çalışıb ki, ağsaqqal-ruhani sözü və nüfuzu daim inanc vasitəsi olaraq qorunsun. Bu yolda M.Seyidzadə zaman-zaman təzyiqlərə  məruz  qalsa da, cəmiyyətin dini maariflənməsində yetərli rol oynayıb. M.Seyidzadə  elmdə,  poeziyada, həyatda olduğu kimi dini və ictimai fəaliyyətində də hər şeyə əxlaq çərçivəsindən yanaşıb.  
Ötən əsrin 80-ci illərində Astara "Cümə" məscidinin axundu işlədiyi zaman səlahiyyətlərindən istifadə edərək cəhalətə, fanatizmə qarşı çıxıb, adamlara kor-koranə ibadət etməyin mənasızlığını izah edib, onları Allaha əsl bəndə olmağa çağırıb.  Bu 12 yaşından Yaradana sığınıb, Onun buyurduqlarına tərəddütsüz əməl edən bir ruhaninin peşə və həm də əqidə borcu idi. 
M.Seyidzadə İslam dinin eyni zamanda bitkinliyinin insanlar tərəfindən daha tez qavranılması üçün çalışıb və təbliğat aïarıb. Xəfiyyəçi mollalar xüsusi göstərişlə hər addımını izləyir, kölgəsini belə qılınclayırdılar. Dövrün "qlavlit"li mətbuatında isə M.Seyidzadə haqqında felyetonlar yazdırır, sanki onun varlığını özlərinə ən böyük təhlükə hesab edirdilər. Bütün bunlar isə artıq arxada qalıb. Mən də Hacı Mirəzizə yeni-yeni nailiyyətlər azru edirəm. 

Hacı Mirəziz Seyidzadə: Çox sağ olun ki, gəlmisiniz, öz dəyərli vaxtınızı sərf edərək  bura  təşrif  buyurmusunuz. Demək olar ki, çox çətin günlərdir bu günlər. O çətin günlərdən biri də Xocalı  soyqırımı  günüdür. Mənim də məclisim təsadüfən bu günlərə düşüb. Əvvəlcə Xocalıda şəhid olanları yad edək, onlara  rəhmət diləyək,  qəbirləri  nurla dolsun deyək  və  sonra da Allaha dua edək ki, düşmən taïdağı altında olan torïaqlarımız azad edilsin və biz belə şad məclisləri həmin torïaqlarda keçirə bilək. 
Mən ərəbcə, farsca,  talışca, azərbaycanca demək olar ki, mindən artıq şeri  əzbər bilirəm. Amma öz şerlərimi əzbər bilmirəm.  
Xalq şairimiz Nizaminin kəlamı bizim üçün hər zaman qiymətlidir. O deyir ki:  "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". 
Mən sizin hər birinizə çox təşəkkür edirəm ki, mənim bu şad günümdə əziyyət çəkib bura gəlmisiniz, mənimlə bir yerdəsiniz. Mən Şeyxülislam Hacı Allahşükür Paşazadə cənablarına da dərin təşəkkür edirəm. O mənə zəng edib dedi ki, orada  iştirak  edəcəkdim, ancaq işlər elə gətirdi ki, heç cür çıxa bilmirəm. Mən Yazıçılar Birliyinin  sədri Anar müəllimə təşəkkür edirəm. Fikrət Qoca əziyyət çəkib gəldi və  çıxış etdi. Ona çox sağ olsun deyirəm.  Bura  gələn bütün  dostlara   təşəkkür  edir,  can sağlığı, uzun ömür arzulayıram. Mən böyük şəxsiyyətlərin gül-çiçəkli ağaclarının həmişə ətrafında olmuşam və onlardan  bəhrələnmişəm. Mən bu günkü qüdrətimi ulularımızdan almışam və bu gün mən həmin ululara minnətdaram. Mən  istərdim ki, Siz bu  məclisdən  şad şəkildə  gedəsiniz,  mənim sevincimi, istəklərimi də özünüzlə aïarasınız. 
Mən sizin hamınıza təşəkkürümü bildirirəm. Həzrəti Peyğəmbərimiz (s) meraca gedəndə Allah ona südlü ïlov təklif eləmişdi. Peyğəmbərimiz dedi ki, Ya Allah mən  bu ïlovu  təkcə  yeyə bilmərəm. Allah da deyir ki, sən ye, sənə kömək gələcək. Bir azdan  ïərdənin  arxasında bir əl görünür. Bu əl Həzrət Əlinin (ə) əli idi. Bu gün mən həmin o ənənəni ïozmamaq üçün sizlər  üçün bir şadlıq süfrəsi açmışam və  hamınızı ora dəvət edirəm. Allah hər birinizdən razı olsun.

Hacı Mirəzizin 65 illik yubileyi  Nərimanov rayonunda qeyd olundu 

Nərimanov rayon İcra Hakimiyyətində Azərbaycan Yazıçılar Birliyinin üzvü, ilahiyyatçı alim, yazıçı-publisist, şair, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, Elmi-Dini Şuranın üzvü, "Kəlam" elmi, ədəbi, publisistik jurnalının təsisçisi və baş redaktoru Qazi Hacı Mirəziz Seyidzadə 65 illik yubileyi qeyd olundu. 
İcra Başçısı Abdin Fərzəliyev İcra Hakimiyyətinin kollektivi və rayon  ictimaiyyəti adından yubilyar təbrik etmiş, ona möhkəm can sağlığı, uzun ömür, könül xoşluğu, ailə səadəti, dini və mənəvi ənənələrimizin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlərdə yeni-yeni uğurlar arzulamışdır.
Hacı Mirəziz Seyidzadə ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.
URL / WWW
http://kelam.az/article/a-8171.html