Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QMİ dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
24.02.10 03:11

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə Xocalı faciəsilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova verib. QMİ-nin sədri A.Paşazadənin müraciətində bildirilir: “Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meydlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Bütün dünya sözdə etiraf edir ki, hər bir cinayətkar, terrorçu milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməlidir”.
URL / WWW
http://kelam.az/article/a-817.html