Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şuranın dəstəyi ilə “Milli azlıqların sosial-mədəni inkişafının monitorinqi"ni aparılıb
13.04.14 01:31

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni inkişafına dəstək” layiəsi çərçivəsində “Milli azlıqların sosial-mədəni inkişafının monitorinqini” aparıb. 

İB-dən verilən məlumata görə, monitorinq zamanı “Milli azlıqlarla bağlı ümumi vəziyyətin təsviri”, “Azlıqların müdafiəsinə Milli qanunvericilik”, “Milli azlıqların dövlət idarəetməsində iştirakı”, “Ombudsmanın Milli azlıqlarla bağlı fəaliyyəti”, “Milli azlıqların mədəni fəaliyyəti üçün dövlətin təşəbbüsləri”, “Milli və dini tolerantlıq - dini icmaların fəaliyyəti”, “Milli azlıqların dil məsələləri: təhsildə, elektron və yazılı KİV-də ümumi vəziyyət” və “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi İnstitutunun yaradılması" kimi bölmələr üzrə görülən işlər xülasə şəkilində verilib.  
Hər bir bölmə üzrə fəaliyyət qısa şəkildə təsvir olunub. Monitorinqlə maraqlananlar İB-ə müraciət edə bilərlər.  
URL / WWW
http://kelam.az/article/a-8166.html