Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ "Kəşfül-Həqayiq" əsərinin yeni nəşrini təqdim etdi
01.04.14 17:39

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin yeni nəşri həyata keçirilib.  Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan bu əsər üç cilddə müasir üslubda nəfis şəkildə çap edilib. Nəşrin baş məsləhətçisi QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.
“Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynəlabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaratmış və müəllifə böyük şöhrət qazandırıb.
Kitabın Təqdimat hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Şeyxülislam A. Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətə layiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb. 
Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunub.

URL / WWW
http://kelam.az/article/a-8164.html