Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Şuranın dəstəyi ilə yeni layihənin icrasına başladı
11.03.14 20:30

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni inkişafına dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı AZADİNFORM-a “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyindən veriblər. Məlumatda bildirilir ki, layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni inkişafı sahəsində dövlətin gördüyü işləri ictimailəşdirməkdən ibarətdir. İcraçı QHT bu yolla həm mediada, həm də sosial şəbəkələrdə bəzi yanlış informasiyaların qarşısı almağı hədəfləyir:
“Bu gün bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda milli azlıqların sosial-mədəni inkişafı sahəsində heç bir iş aparılmadığı barədə yanlış informasiyalar yayılmamqdadır. Bəziləri “Milli azlıqlar” adı altında qruplar yaradaraq və yaxud da fərdi şəkildə milli azlıqların “problemlərini” ictimailəşdirirlər. Bu da nəticədə cəmiyyətdə dövlətin milli azlıqlara qayğı göstərməməsi təəssüratı yaradır. Əlbəttə, bu yanlış təbliğatdan qaynaqlanır. Etiraf edək ki, Azərbaycanda yaşayan xalqların mədəniyyətini, incəsənətini inkişaf və təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə dövlətin hazırlayıb həyata keçirdiyi bir çox işlər kifayət qədər ictimailəşdirilmir. Bu da yuxarıda qeyd etdiyim kimi, ölkədə bu kimi xalqların sosial-mədəni inkişafından ötrü dövlətin heç bir iş görməməsi anlamına gəlir. Amma əslində həqiqət belə deyil. Azərbaycanda yaşayan xalqlar maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar”. 
Qeyd edək ki, İB layihə çərçivəsində milli azlıqların sosial-mədəni inkişafı ilə bağlı araşdırma materialları hazırlayacaq, onların mədəni birlikləri ilə bağlı “Məlumat bülleteni”i nəşr edəcək, milli azlıqların sosial-mədəni inkişafı ilə bağlı video-çarx hazırlayacaq və bu mövzuda yazan media mənsubları üçün təlim keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-8161.html