Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə Cəfəriləri lideri: “Mən Əlinin səfindəyəm, Allah o səfdən ayırmasın"
11.02.14 20:49

Halkalı Zeynəbiyyə məscidində qılınan Cümə namazında minlərlə adama səslənən Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüz kimsənin hüququn üstündə olmadığını söyləyib. Kelaminfo zeynebiyye.com-a istinadən xəbər verir ki, Səlahəddin Özgündüz Suriyada verilən vəkalət döyüşündə, Suriya xalqının qələbə qazandığını və onlara döyüş açanların isə məğlub olduğuna vurğulayıb: “Suriyanı dəstəkləyənlər də başdan bəri bunu deyirlər ki, ölkə mənasında, fərd mənasında Suriya suriyalılarındır. Dünyadan gətirdiyiniz pozğun - qopuq, psixopatları çəkin oradan... 80-i aşan ölkədən nə qədər psixopat varsa oraya doldurmuşsunuz. 
İki yüz min, düşünün, burada sən beş min terröristlə baş çıxarmadın, iki yüz min pozğun - qopuq doldurulmuş oraya. Suriya xalqı kimi istəsə mən onun arxasındayam, mən Suriya xalqının arxasındayam. Əslində Suriya xalqına bir rejimi təzyiq ilə qəbul etdirməyə çalışdılar, Suriya xalqına "niyə sionistlərin qarşısında dik durdunuz" - deyə bunun döyüşü verildi.  
S.Özgündüz kimsənin cəbhəsində olmadıqlarını da bəyan edib: “Mən Əlinin səfindəyəm, Allah o səfdən ayırmasın. Ölkədə olan bitən məsələ nədir, biri istəyir birinin vurğunlarını, korrupsiyalarını ortaya çıxaraq. Əgər edilmişsə çıxsın təbii ki , mən bunu deyirəm. Səhvmi deyirəm? Hökuməti idarə edənlər deyirlər ki, bu ölkədə demokratiyanı bəziləri əlinə keçirmiş, sprut kimi dövləti qucaqlamış, paralel bir dövlət meydana gətirmiş. O zaman da deyirəm ki, ən son nəfərinə qədər təmizləyin, öldürün mənasında demirəm, hüquq çərçivəsində, dövlət içərisində dövlət olmaz. Bu ölkənin bürokrat, bu ölkənin məmuru, polisi, prokuroru, hakimi, müəllimi, ölkənin, nizamın, qanunun məmurudur, millətin məmurudur, bəzilərinin məmuru olmamalıdır. Belə bəziləri varsa təmizləyin ölkədən, məmurluqdan atın”.
URL / WWW
http://kelam.az/article/a-8156.html