Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cəlilabad Gənclər Paytaxtı olmağda birincidir
01.02.14 14:56

“Gənclər Paytaxtı 2014” seçimlərində Cəlilabad gəncləri daha fəal iş görmək üçün təşkilatlanmaq qərarına gəldilər. “Cəlilabad - Azərbaycanın Gənclər Paytaxt 2014” Gənclər Təşəbbüs Qrupu yaradıldı. AZADİNFORM xəbər verir ki, Təşəbbüs Qrupu olaraq Cəlilabadın tanınmış simaları ilə görüşlər keçirildi. 3 ay ərzində durmadan, yorulmadan təbliğat işləri aparıldı. Və budur, görülmüş işin səmərəli nəticəsi göz qabağındadır. Cəlilabad gəncləri səsvermə keçirilən günlər ərzində siyahıya liderlik etdilər. Bu gün son gündür. Hər birinizi genclerpaytaxtı.az saytına daxil olmaqla Cəlilabad rayonunu dəstəkləməyə çağırırıq.
Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın  gənclər  paytaxtı”nın  elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir. 2012-ci ldən başlayaraq ilk Gənclər  Paytaxtı Gəncə olmuşdur. Keçən il isə Biləsuvar rayonu gənclərinin təşkilatçılığı və bacırıqları sayəsində 2013-cü il Gənclər Paytaxtı seçildi. Qarşıda bizi növbəti 2014-cü il Gənclər Paytaxtı seçimləri gözləyir. Seçimlərə 23 yanvar da start verilmiş və 1 fevral tarixində bitəcək. Bu vaxt ərzində mümkün qədər çox onlayn səs toplayan rayon 2014 Gənclər Paytaxtı olmaq sevincini yaşayacaq.
URL / WWW
http://kelam.az/article/a-8155.html