Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Nazir müavini: “Saxta diplomlarla bağlı daxil olan şikayətlər üzrə istintaq işi aparılır”
28.01.14 18:48

“Mütəmadi olaraq tədrisin vəziyyəti ilə bağlı yoxlamalar gedir”.  AZADİNFORM  xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu proses zamanı diplomların vəziyyəti də araşdırılır: “Ötən il diplomların verilməsində yeni qaydaların tətbiqi ünvanlaşmış bir qərar deyildi. Ötən il may ayında Nazirlər Kabinetinin müvafiq qərarına müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərin nəticəsi olaraq Azərbaycan  Respublikasının 99, 3 faiz məzunu diplom alıb. Hesab edirik ki, bu işə prosedur eyni qaydada keçirilir və keçiriləcək.  
12 illik təhsilə keçid Təhsilin inkişafı üzrə dövlət strategiyasında öz əksini tapıb.  Strategiyada qarşıya qoyulmuş tələblərdən biridir. Həmin strateji hədəflərə nail olmaq üçün yeni fəaliyyət planı hazırlanır. Bundan sonra 12 illik təhsillə bağlı dövlət proqramı qəbul ediləcək. 12 illik təhsillə bağlı dövlət proqramı təsdiq olunduqda hesabatın təfərrüatları ilə bağlı açıqlama veriləcək. Təhsilin inkişafı üzrə Dövlət strategiyasında o cümlədən ali təhsilə mütəmadi islahatların keçirilməsi nəzərdə tutulub. Təhsilin bu pillələri üzrə də dövlət proqramlarında adıçəkilən bu məsələlər öz əksini tapacaq”. O qeyd edib ki, qaynar xəttə daxil olan müraciətlərin sayı kifayət qədərdir: “Təhsil Nazirliyi həmin müraciətlərə operativ qaydada reaksiya verir, müraciətlər araşdırılır. Saxta diplomlarla bağlı daxil olan şikayətlər üzrə istintaq işi aparılır. Ona görə də bu məsələ ilə bağlı açıqlama vermək tezdir.
URL / WWW
http://kelam.az/article/a-8151.html