Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Mən heç nədən qorxmuram”
28.01.14 17:02

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəzi dini məzhəblər tərəfindən QMİ-yə qarşı təzyiqlər olacağını bildirib. APA-nın məlumatına görə, A. Paşazadə bu gün QMİ-də keçirilən tədbirdə qeyd edib ki, QMİ-nin bu gün Suriya və digər ölkələrə cihad adı altında döyüşməyə gedənlərlə bağlı verdiyi fətvadan sonra bu cür halları gözləyir.

O qeyd edib ki, artıq bəzi mətbuat orqanları, xəbər saytları neçə gündür, Suriya məsələsini qabardaraq QMİ-yə qarşı təzyiqlərin artmasına rəvac verib: “Hətta bəzi saytlar mənə qarşı hədyan sözlər də yazmağa başlayıb. Amma onlar bilsin ki, mən heç nədən qorxmuram. Onların çoxu cavandır, çox şeyi görməyiblər və məni yaxşı tanımırlar... Onlar əsl şəhidliyi görməyiblər. Mən ən azı 20 Yanvar faciəsində şəhidlərimizin canından necə keçdiyinin canlı şahidi olmuşam”.

Şeyx deyib ki, Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var və bunlar xaricdə konkret mənbədən maliyyələşirlər: “Burada təxribat törətməyə çalışırlar. Ayıq-sayıq olmaq lazımdır”.

URL / WWW
http://kelam.az/article/a-8150.html