Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK-in nəzdində yeni Şura yaradılacaq
23.02.10 04:05

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəzdində yeni Şura yaradılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin Hüquq şöbəsinin müdiri Yusif Əsgərov verib. Y.Əsgərov qeyd edib ki, Şuranın tərkibi minimum 5, maksimum 11 nəfərdən ibarət olacaq. Onların bəziləri Komitənin əməkdaşı, digərləri isə yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olacaq. O, Şuranın tərkibinin bir ay ərzində formalaşdırılmasının nəzərdə tutulduğunu söyləyib. Y.Əsgərovun sözlərinə görə, Şura məscidlər, dini icmalar, həmçinin digər bu kimi məsələlərin qeydiyyatı, məscidlərin hansı arxitekturada, hansı xarici görünüşdə inşa olunması və müvfiq qaydalara uyğunluğunun araşdırılması və digər məsələlərə baxacaq. O, məscidlərin tikilməsinə DQİDK-nin baxmadığını, qurumun yalnız dini icmaların məsələsinə baxdığını söyləyib. Y.Əsgərov qeyd edib ki, təmsil olunduğu qurum yalnız məscidin inşası üçün əvvəlcə rəy verməli, sonra ibadət evi tikən şəxs yerli İcra Hakimiyyəti və Dövlət Şəhərsalama və Arxitektura Komitəsindən icazə almalıdır. Onun sözlərinə görə, məscid tikiləndən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində də qeydə alınmalıdır.
URL / WWW
http://kelam.az/article/a-815.html