Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Doğu Akdeniz Universitetinin nümayəndə heyəti AZADİNFORM-un qonağı oldu
17.01.14 20:17

Bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin Türk Dünyası üzrə müşaviri və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, universitetin Müasir Təhsilin Texnologiyaları və Təhsilin İdarə Edilməsi kafedrasının müdiri Ersun İşçioğlu və Dövlət İdarəçiliyi bölməsinin professoru Deniz İşçioğlu AZADİNFORM İnformasiya Agentliyinin qonağı oldu. Görüş zamanı DAU nümayəndə heyəti Azərbaycan ilə Kıbrıs arasında olan əlaqələri yüksək qiymətləndirərək bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirdilər. Azərbaycanlı tələbələrin onlar üçün böyük önəm daşıdığını söyləyən professor Dəniz İşçioğlu isə gələcəkdə azərbaycanlı tələbələrə bir sıra güzəştlərin veriləcəyini ifadə etdi. “Hazırda universitetdə təhsil alan azərbaycanlı tələbələr öz ölkələrinin dəyərlərini digər xarici ölkələrin tələbələrinə yüksək səviyyədə aşılayırlar. Biz o tələbələr vasitəsi ilə Azərbaycanın milli geyimləri, atributları, yeməkləri, adət və ənənəsi ilə tanış oluruq. Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələr bizim üçün çox böyük önəm daşıyır”. Daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Doğu Akdeniz Universiteti ilə bağlı məlumatların Azərbaycan mediasında yüksək səviyyədə yayımlandığını söyləyən Ersun İşçioğlu bu fəaliyyətlərinə görə Azərbaycanın media orqanlarına dərin minnətdarlığını bildirdi.
URL / WWW
http://kelam.az/article/a-8147.html