Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Kıprısın ən böyük universiteti azərbaycanlı tələbələrə yeni güzəştlər vəd edir
17.01.14 19:25

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Akdeniz Universitetindən (DAU) gələn universitetin Beynəlxalq Əlaqələr Departamentinin Türk Dünyası üzrə müşaviri və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Universitetin Müasir Təhsilin Texnologiyaları və Təhsilin İdarə Edilməsi kafedrasının müdiri Ersun İşçioğlu və Universitetin Dövlət İdarəçiliyi bölməsinin professoru Deniz İşçioğlu mətbuat konfransı keçiriblər.AZADİNFORM xəbər verir ki, bir sıra tanınmış media şirkətləri və tanınmış jurnalistlərin iştirak etdiyi konfransda çıxış edən Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Doğu Akdeniz Universitetinin çox böyük təhsil potensialının olduğunu qeyd edərək universitetdə müasir təhsil sisteminin yaradıldığını deyib: “Hazırda Doğu Akdeniz Universitetində 86 ölkədən 16 mindən çox tələbə təhsil alır. 1979-cu ildə qurulan universitet hazırda Avropanın 500 ən yaxşı universiteti arasında yer alır. Azərbaycandan 1200 tələbə universitetdə təhsil alır və onlar ümumi təhsil haqqının 50 faizindən azaddırlar. Eyni zamanda Azərbaycanda qəbul imtahanında 550-dən artıq bal toplayan gənclərimiz DAU-da təhsil haqqından azad olunur, yer və yaşamla təmin olunur, təqaüd alır. Bununla yanaşı 10-dan çox azərbaycanlı professor və müəllim heyəti də Doğu Akdeniz Universitetində çalışır. Qarşıdan gələn illərdə də digər ölkələr kimi Azərbaycandan gələn tələbələrə müəyyən güzəştli təhsil imkanları yaradılacaq”. Universitetin yataqxana problemi ilə bağlı sualı cavablandıran Orxan Həsənoğlu hazırda təhsil ocağının 6 min yerlik yataqxanasının olduğunu, 1 yeni yataqxananın yaxın müddətə istifadəyə veriləcəyini bildirdi: “Universitetdə yeni bir yataqxana yaxın zamanlarda istifadəyə veriləcək. 2 yataqxananın isə tikintisi davam edir. Yataqxanalar mövzusunda bir neçə proqram hazırlanıb və bunların tətbiqi ilə universitet tələbələrinin yataqxana problemi tezliklə həllini tapacaq”. Doğu Akdeniz Universitetinin Dövlət İdarəçiliyi bölməsinin professoru Deniz İşçioğlu universitetdə azərbaycanlı tələbələrin hər il daha da artdığını söyləyərək digər ölkələr kimi Azərbaycandan olan tələbələrin də universitet üçün böyük önəm daşıdığını ifadə edib. D.İşçioğlu Kıprısın bir təhsil adası olduğunu, bu ölkəyə xaricdən gələn tələbələrin təhlükəsizliklərinin tam təmin olunduğunu ifadə edib: “Tələbələrimiz DAU tərəfindən daimi nəzarətdə saxlanılır. Azərbaycanlı valideynlər tam arxayın olmalıdırlar. Onlar övladlarının necə təhsil almalarını, dərsə davamiyyətlərini, dərslərdə iştirak edib-etməmələrini Kıprısa gəlmədən, internet vasitəsi ilə öyrənə bilərlər. Bunun üçün sadəcə olaraq DAU-nun internet saytına girmələri kifayətdir.” Distant təhsil sistemi barədə məlumat verən Doğu Akdeniz Universitetinin Müasir Təhsil Texnologiyaları və Təhsilin İdarə Edilməsi kafedrasının müdiri Ersun İşçioğlu təhsil ocağının müasir səviyyədə distant təhsil imkanları verdiyini ifadə edərək universitetin müasir istirahət mərkəzləri və bir sıra sosial qruplarının olduğunu bildirdi: “3500 hektar ərazini əhatə edən universitet ən müasir texnologiyalarla təchiz edilib. Universitetdə kitabxana, idman kompleksi, bir sıra sosial obyektlər fəaliyyət göstərir və bunların hər biri tələbələrin yüksək təhsil alması üçün təşkil edilib”.
URL / WWW
http://kelam.az/article/a-8146.html