Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məhəmməd Peyğəmbərin (s) mövludu Azərbaycanda necə qeyd olunur?
13.01.14 20:21

Bu həftə bütün İslam ölkələrində Məhəmməd Peyğəmbərin (s.ə.s) doğum günü ilə bağlı Mövlud həftəsi qeyd edilir. Dünya müsəlmanları Məhəmməd (s.ə.s) peyğəmbərin doğum gününü -Mövlud qeyd edirlər. Həzrəti Peyğəmbərin doğum günü rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-inə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd (s) peyğəmbər Məkkədə, Rəbiül-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlib (miladi-570-ci il). 

Mövlud ərəb sözüdür - doğum, doğum yeri və zamanı anlamına gəlir. Məsələn, mövludun-Nəbi dedikdə hz. Peyğəmbərin (s) Rəbbiul-əvvəlin 12 və ya 17-nə təsadüf edən doğum gününü ifadə edir. Mücərrəd mənada işlədildikdə sadəcə hz. Peyğəmbərin (s.ə.ə) doğumunu ifadə edir. Hz. İsanın doğumuna “milad” deyildiyi kimi. Bu baxımdan bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə mərasimlər keçirilir. Bu mübarək günün Azərbaycanda necə qeyd olunması ilə bağlı bizi maraqlandıran suallara Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Fətfa şöbəsinin fətfa və mohizə üzrə aparıcı mütəxəssizi Hacı Şamil Rəsulov cavablandırdı. 

- Məhəmməd Peyğəmbərin mövludu necə qeyd olunmalıdır?

- Allah-Təala Qurani Kərimidə buyurur ki, biz Səni yalnız və yalnız rəhmət olaraq aləmlərə göndərdik. Həzrəti Peyğəmbərin rəhmət olaraq bu dünyaya göndərilməsi, insanlara onun nə qədər nemət və dəyərli olduğunu Allah-Təala öz ayəsində bəyan edir. Biz həmin rəhmətdən pay aparmaq üçün Həzrəti Peyğəmbərin doğum günündə gözəl və ibrətamiz məclislər təşkil etməliyik. Biz müsəlmanlar həm özlərimiz Həzrəti Peyğəmbərin gətirdiyi dəyərləri öyrənməliyik, həm də qeyri-müsəlmanlar İslamın və peyğəmbərin hansı dəyərlərə malik olduğunu öyrənməlidirlər. Ona görə də müsəlmanlar, xüsusilə məscidlər Həzrəti Peyğəmbərin mövludunu çox gözəl şəkildə qeyd etməlidirlər. 
Əvvəllər İslam dövlətlərində Həzrəti Peyğəmbərin mövlud gününü qeyd etmirdilər. Peyğəmbərin mövludu əsasən İranda, İraqda, eləcə də Azərbaycanda anılırdı. Məhəmməd Peyğəmbərin karikaturası çəkildikdən sonra, yəni Allahın sonuncu elçisi təhqir olunduqdan sonra bu müqəddəs günə önəm verməyə başladılar. Ərəb dövlətlərinin müftiləri Məhəmməd peyğəmbəri özünə layiq şəkildə aləmə təqdim etmək və nümunəvi şəxsiyyət olaraq tanıtdırmaq üçün rəsmi olaraq mövlud həftəsi keçirməsinə qərar verdilər və başladılar açıq-aşkar təmtəraqlı məclislər təşkil etdilər, küçələr bəzədildi, şənliklər təşkil edildi.

- Həzrəti Peyğəmbərin mövludu rəbbül-əvvəl ayının 12 və ya 17-si tarixlərinə təsadüf edir. Bununla bağlı müxtəlif rəvayətlər olduğu üçün bu mübarək günü sünnilər 12-də, şiələr isə 17-də qeyd edirlər. Sizcə bu müsəlmanlar arasında anlaşılmazlığa səbəb olmazmı? 

- Məhz məzhəblər arasında fikir ayrılığına son qoymaq məqsədilə İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası beynəlxalq təşkilatı artıq neçə illərdir ki, mövlud həftəsini "Vəhdət Həftəsi" olaraq elan ediblər. Bununla bağlı dünyada məzhəblər arası yaxınlıq tədbirləri keçirilir. Bu həftələrlə bütün dinlərin nümayəndələri dəvət olunur və müsəlmanların bir-birinə mehribançılığı, hətta qeyri-müsəlmanlara olan ehtiram nümayiş edilməlidir. 

- Peyğəmbərin mövludu Türkiyədə bu çox geniş və nümayişkanə şəkildə qeyd olunur. Bəs Azərbaycanda hansı tədbirlər, məclislər təşkil edilir?

-Sovet dövründən fərqli olaraq Azərbaycanda çox şükür ALLAHA indi bütün məscidlərimiz fəaliyyət göstərir. Qafqaz Müsəlmanlar İdarəsi axundlarımıza tövsiyyə olaraq Həzrəti Peyğəmbərin mövludunu qeyd etməyi tapşırıq verib. Məscidlərdə ayın 12-dən 17-dək məscidlərdə Vəhdət Həftəsi adı altında məclislər keçirilir. 

- Bu məclislərdə ancaq həmin məscidlərə gedənlər, yəni ancaq dindarlar iştirak edirlər?

- Bəli, demək olar ki elədir.

- Amma Türkiyədə bizdən fərqli olaraq bu geniş miqyaslı, nümayişkanə şəkildə təşkil edilir. Hər kəs bir-birini təbrik edir, teleproqramlar Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı xüsusi buraxılışlar hazırlayırlar. Bizdə də daha açıq və nümayişkanə şəkildə qeyd olunsa bu daha gözəl və insanlar bundan daha çox fayda aparacaq?

- Televiziyaları deyə bilmərəm. Bəlkə də hansısa bir verilişlər müsahibələr götürəcəklər dindarlardan. Ancaq Türkiyə kimi bizdə rəsmi olaraq bunlar təşkil olunmur. Biz gənc dövlət olduğumuzdan vaxt tələb edən məsələdir. İnşALLAH gələcəkdə bunlar hamısı öz yerini tapacaq.

- Mövlud mövlud gecəsi insanlar nə etməlidirlər?

- Necə ki, Qurani-Kərimdə Allah-Təala bizə buyrulur ki, hər bir işdə Həzrəti Peyğəmbər bizə nümunə gətirilməlidir.Məhəmməd peyğəmbərin həyatına baxdıqda görürük ki, öz gecələrini xüsusi ibadətlə keçirmişdi. Gündüzlərini oruc, gecələri namaz qılmaqla keçirib. Və bu günlərdə insanlar Quran oxusunlar, çoxlu namaz qılsınlar,dualar etsinlər və mümkün olduğu qədər peyğəmbərin həyatı haqqında məlumatlar əldə etsinlər. 
URL / WWW
http://kelam.az/article/a-8145.html