Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranlı axund Musəvi və Kərrubini edam etməyə hazır olduğunu dedi
28.12.13 03:35

Qum dini dairəsinin ruhanisi axund Qasım Rəvanbəxş jurnalistlərə açıqlamasında İran müxalifətinin 3 ildir ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini ölkəyə və sistemə qarşı xəyanətdə günahlandırıb.  Musəvi və Kərrubini 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlara görə “fitnə başçıları” adlandıran axund Qasım Rəvanbəxş deyib: “Musəvi və Kərrubinin ölkəyə və sistemə qarşı xəyanəti və onların törətdikləri cinayətləri islam hakimiyyəti bərqərar olan gündən bu yana heç kəs edə bilməyib. 
Mən öz əllərimlə dar ağacının ipini Musəvi və Kərrubinin boynuna keçirməyə, bu iki xainin edamını icra etməyə hazıram. Ruhani hökuməti də fitnəçilərin hər bir hərəkətini nəzarətdə saxlamalı, ölkənin bu kimi şəxslərin əlinə düşməsinə imkan verməməlidir”.

URL / WWW
http://kelam.az/article/a-8142.html