Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin əməkdaşları Slovakiyaya gediblər
23.02.10 03:03

Bu gündən fevralın 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Seminarda ölkəmizi Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edirlər. “Microsoft” şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir. Qeyd edək ki, seminarda “Tədrisin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “Öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “Tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-814.html