Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dostum İsrafil Hüseynova ithaf
20.12.13 22:39

Veribsən xeyir bu xalqa daima mərdana, İsrafil,
Bu xalqın halına heç qalmadın biganə, İsrafil.

Müdam qurmaq, yaratmaq eşqinə sərf eylədin ömrü,
Nəsib olmaz bu hər ömür eyləyən insanə, İsrafil,

Ədəb öyrəndi səndən hər kim ilə eylədin dostluq
Sözün dərdli ürəklərdə dönüb dərmanə, İsrafil.

Böyük bir nəsil üçün sağkən yandırmısan məşəl,
Bu nurun zərrəsi salmış işıq hər yanə, İsrafil.

Hünərlə, əql ilə tapdın cahanda neməti-haqqı,
Baş əydin bəndətək Həqdən gələn fərmanə, İsrafil.

Səni memar bilirdim, sonradan memari-şeir oldun,
Rəvan təb ilə eylərsən sözü dürdanə, İsrafil.

Yaşa, sev eşqdən zövq al, dolaş dünyanı aşiq tək,
Desinlər qoy məhəbbətdən olub divanə, İsrafil.

Qəmin də olsa dünyada səni şad görmüşəm hər vaxt,
Üzün gülmüş ürəkdə olsa da qəmxanə, İsrafil,

Məhəbbət saqisi, feyzin verib məbhud olub ruhun,
Sevənlər eşqdən doymaz, götür peymanə, İsrafil.

Əziz dostun Əziz Pünhan səninlə fəxr edir hər dəm,
Görürsən şer ilə gəlmiş, necə əfqanə, İsrafil.

Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-8139.html