Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Həzrət İmam Hüseyn eşqində
20.12.13 22:36

Boyanıb cismin əcəb lalə sifət qanə Hüseyn,
Var yeri göz yaşımız qoy dönə ümmanə, Hüseyn.

Qüssədən qan oldu könlüm beytül-əhzən cismimə,
Ağlamaqdan dönmüşəm Yaqubi-kənanə, Hüseyn.

Kərbəla Yusifinin Leylisi tək müntəzirəm,
Kaş İqab üstə dönə Əkbəri ol canə, Hüseyn.


Qoy yanaydı cəddinin ümmətləri məhşər günü,
Nə ki, Əsğər tuş ola tirilə peykanə, Hüseyn.

Ələm üstündə verib qollarını Abbas ağam,
“Dostların” Qurana yox uydula şeytanə, Hüseyn.

Bunun üstündə keçibsən başu candan sən məgər?
Əhrimənlər edələr qəsd Süleymanə, Hüseyn?!

Əmr bə məruf namaz üstə veribsən başuvu,
Əhli-aləm ta əməl etsinlə Quranə, Hüseyn.

Bu ümid ilə Əziz Pünhan bu gün səbr eyləyir,
Gələ dövran sahibi həqq ilə meydanə, Hüseyn.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-8138.html