Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dağlar qoynunda ƏZƏMƏTLİ məscid
20.12.13 20:06

Sevindirici haldır ki, ölkəmizdə İslam dini günü-gündən vüsət tapmaqdadır. Xüsusən dövlətimiz istiqlal qazanandan sonra ölkənin bütün yaşayış məntəqələrində biz bunun açıq-aydın şahidi oluruq. Heç şübhəsiz bütün bunların bünövrəsini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu gün onun layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev  ölkənin əksər şəhər və kəndlərində yeni-yeni məscidlərin inşa və yenidən təmir edilməsində böyük köməklik göstərir. Bu gözəl ənənəyə  Mehriban xanım Əliyeva da böyük ehtiramla qoşularaq milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin ocaq və ziyarətgahlarımızın bərpasına, yenidən qurulmasına kömək etməklə, onlara yeni həyat bəxş edir. 

Bunun dəyərli nəticəsidir ki, Azərbaycan xalqı böyük ruh yüksəlişi ilə bu ilki prezident seçkilərində öz layiqli rəhbərinə - İlham Əliyev cənablarına səs verdilər. Hətta bütün dünyanın gözü qarşısında tarixdə misli bərabəri görülməmiş 3000 mindən artıq zəvvar Məkkə şəhərində öz doğru seçimlərini etdilər. Bəli, Allah-Təala yaxşı əməl sahiblərinin mükafatını həm dünya, həm də axirətdə verəcəkdir. Hələlik biz dünyada bunun şahidi oluruq. 

Bu günlər gənclərimizin də bu qiymətli dəyərlərin həyata keçirilməsinin şahidiyik. Müasir gənclərimiz İslam dininə həm mənəvi, həm də maddi cəhətdən köməklik göstərirlər. 

Keçən ay dostlarım məni Lerik rayonunun Mistan kəndinə qonaq dəvət etmişdilər. Həmin kənd ən hündür dağların qoynunda yerləşir. Biz orada olanda dağın yamacında qar var idi. Səhər yuxudan oyananda pəncərədən bəyaz qar göz qamaşdırırdı. Ən çox məni sevindirən isə dostlarımın dostunun gördüyü nəcib və xeyirxah iş idi. Kəndin yuxarı başında ən hündür yerdə müasir tipli, bir minarəli məscid məni heyran etdi. Sən demə həmin gün kənd camaatı təzə tikilmiş məscidin açılışını edəcəkdilər. Mən rəsmi idarə işçisi kimi gəlmədiyim üçün bir az tərəddüd etdim. Dostlarım məni bir dost kimi bu gəncin xeyirxah işində iştirak etməyimi xahiş etdilər. Fikirləşdim ki, xalqın min illərlə tarix səhifələrindən süzülüb gələn inam və əqidəsinə ehtiram etmək hər bir müsəlmanın borcudur. 

Saat 11-dən başlayaraq kənd camaatı məscid həyətinə toplaşırdılar. Məlum oldu ki, on ildən bəri tikilməkdə olan bu dağ kəndinin məscidi bünövrədən sonra yarıda qalıb. Bir neçə nəfər kəndin fəallarından birləşərək bu məscidi inşa etmək istəsələr də imkanları çatmadığından bünövrə qar, yağışın altında dağılmaq təhlükəsində imiş. Bu xeyirxah işin təşəbbüsçüsü və bütün ağırlığı öz üzərinə götürən hörmətli Səadət Yadulla oğlu İsmayılovla birlikdə Hacı Azad Sultan oğlu Ruhullayev və Rafil Əbdül oğlu Tağıyev olmuşlar. Məscidin layihəsi memar Zakir Zeynalov tərəfindən tərtib edilmişdir. Tikintiyə də onun tərəfindən nəzarət olunub. Kənd camaatının əksəriyyəti bu xeyirxah işdə təşkilatçılara hər cür yardım göstəriblər. 

2012-ci ildə yarımçıq qalmış tikinti işlərini Mistan kənd əhli – hazırda Bakı şəhərində yaşayan Əliyev Zahid Vahid oğlu tərəfindən davam etdirilmiş və məscidin inşası 2013-cü ilin sentyabr ayında başa çatmışdır. Bu xeyirxah iş Əliyev Zahid Vahid oğlu tərəfindən kənd camaatına böyük hədiyyədir. O şəxsi vəsaiti hesabına yarımçıq qalmış məscidin inşasına nail olmuşdur. Bəli belə bir cavana ancaq təşəkkür, xalqın xeyir-duası düşür. Məscidə toplaşanlar sevincdən yaranan arzu və istəklərini çıxışlarında izhar edib Zahid müəllimə və ondan qabaq bu gözəl təşəbbüsü həyata keçirmək istəyən Səadət Yadullua oğluna, Hacı Azad Sultan oğluna və Rafil Əbdül oğluna böyük fərəhlə təşəkkürlərini çatdırdılar. Dağlar əhatəsində yaşayan kənd camaatı üçün belə bir məscidin olması əlbəttə sevindirici haldır. Çox yaxşı olar ki, bu dini məbəd tez bir zamanda dövlət qeydiyyatından keçsin, dini qurumlar və Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin qayğısı ilə əhatə olunsun. Bu arzu və istəyə orada olan kənd camaatı, xüsusilə ziyalı təbəqə də qoşuldular. Onlar söz verdilər ki, belə olan surətdə məscidə qazın çəkilişinə də köməklik edəcəklər. Kənd camaatı ilə birlikdə camaat namazı qılındı və ehsan süfrəsi verildi. Bu xeyirxah gözəl işə görə dostlarım Mübariz Məmmədliyə, Ramiz Haqverdiyə və Zahid qardaşıma təşəkkür edir, onlara Allahdan həm dünya və həm axirətdə böyük mükafat arzulayıram. Qoy gənclərimiz həmişə belə xeyirxah işlərə qoşulsunlar. 


Əziz PÜNHAN

URL / WWW
http://kelam.az/article/a-8135.html