Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ağəddin Mansurzadəyə həsr olunan “Ömür bitsə də...” kitabının təqdimatı oldu
21.11.13 01:30

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış mərhum jurnalist Ağəddin Mansurzadəyə həsr olunan “Ömür bitsə də...” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun  Amaşov kitabın 400 məcmuədən ibarət olduğunu, 200-dən çox tanınmış imzanın Ağəddin Mansurzadə ilə bağlı öz fikirlərini bildirdiklərini qeyd edib: Kitabda Bəxtiyar Vahabzadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkili Sabir Rüstəmxanlı, T.Hüseynli və başqalarının xatirələri mövcuddur. Ağəddin müəllim sözün əsl mənasında jurnalist olub, “Ədəbiyyat” qəzetinə rəhbərik edib.  Daha sonra Sumqayıt nəşriyyatına başçılıq edib. Çox saylı məqalələr sahibidir. Bu məqalələr onun kitabında öz əksini tapıb. Uşaqlar üçün bir sıra hekayələrin müəllifi olub”.

Təqdimatda çıxış edən millət vəkili Sabir Rüstəmxanlı Ağəddin Mansurzadənin bərəkətli sözü olduğunu diqqətə çatdırıb: A.Mansurzadə Sumqayıtda güclü adamlardan biri olub. Bu insan başdan-başa xeyirxahlıq nümunəsi idi. Ağəddin çox insanlara yardım əlini uzadıb. O, insan təbiətin aşiqi sayılıb. Bizi mənəvi dəyərlərimizi getdikcə itiririk. Amma bir çox dəyərli şeylərdə gəlir. Ağəddin müəllim həm də  dostcanlı bir insan idi. O, yaxşı adamların qədrini bilib, yaxşı insanlarda onun qədrini bilib”.
Xalq artisti Canəli Əkbərov A.Mansurzadəni insanlığı gözəl olan bir insan adlandırıb: “Bir çox hallarda Ağəddin Mansurzadənin fərasətinə heyran olurdum. O, qüdrətli bir ziyalı idi. Musiqili məclisimin qonağı olub”. Mərhum A.Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü də olub. Şeyxülislam Hacı Allahşükür Paşazadənin toplantı üçün ünvanladığı məktubda istedadlı qələm sahibinin jurnalistika sahəsindəki fəaliyyəti ilə yanaşı, onun din xadimi kimi mənəvi keyfiyyətlər daşıyıcısı olduğu, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərinin yaradıcılığında önəmli yer tutduğu vurğulanıb. Şeyxin məktubu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, qazi Hacı Mirəziz Seyidzadə tərəfindən oxundu. Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, jurnalist Ənvər Məşədiyev, tarix elmləri doktoru, professor Anar İsgəndərov, şair Vahid Əziz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin mərhumun sənət dostlarından Mehman Fərzullayev, Kamran Nəzərli, Şəddat Cəfərov və başqaları A.Mansurzədinin həyat yoluna dair ayrı-ayrı məqamlar barədə söhbət açaraq, istedadlı jurnalistlə bağlı yadda qalan xatirələrini bölüşüblər. Sonda A.Mansurzadənin övladı, «Ömür bitsə də…» kitabının tərtibçisi və redaktoru Orxan Mansurzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edək ki, kitabda tanınmış jurnalist, istedadlı yazıçı-publisist, naşir, dövrümüzün aktual problemlərindən bəhs edən yüzlərlə məqalənin, cəmiyyəti yüksəlişə səsləyən, milləti özünüdərkə, Vətən torpağını yağı düşməndən azad etməyə, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərin – “Ayağa qalxaq”, “Lal Vəli”, “Cənnətdə görüşənədək”, “Bizim bir şeyximiz var”, “Şeyxülislamlıq yolu”, “Vasim Məmmədəliyev zirvəsi”, “Nəsir İmanquliyev məktəbi”, Özbəkistanda nəyim qaldı” və 30-dan artıq digər irihəcmli kitabın müəllifi, bir evin, bir elin ağsaqqalı, qayğıkeş ata, mehriban və müdrik baba, yaxşı qardaş, sədaqətli dost, nəhayət, gözəl insan, yazıb-yaratmaqdan, işləməkdən heç vaxt usanmayan, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü Hacı Ağəddin Mansurzadənin mənalı həyat yolundan və zəngin yaradıcılığından bəhs edən yazılar, dostların, doğmaların, onu sevənlərin ürək sözləri, xatirələri toplanıb.
URL / WWW
http://kelam.az/article/a-8130.html