Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin sabah keçiriləcək növbəti iclasında bir sıra sənədlər təsdiq ediləcək
23.02.10 03:35

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya Qanunu layihəsi müzakirə olunacaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. İclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” AR Referendum Aktının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” Qanun layihələri müzakirə olunacaq. İclasda, həmçinin prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenkonun Birgə Bəyannaməsi, Azərbaycan və Sloveniya prezidentlərinin Birgə Bəyanatı, Azərbaycan və Sloveniya hökumətləri arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması barədə Saziş təsdiq ediləcək.
URL / WWW
http://kelam.az/article/a-813.html