Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rusiyanın məşhur nəşri Azərbaycanda vəhhabi təhlükəsindən yazdı
04.11.13 19:49

Rusiyanın “Novoya qazeta”sı  bugünkü sayında Azərbaycandakı dini proseslərlə bağlı məqalə dərc edib. Virtualaz.org modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın dünyada tolerantlıq nümunəsi ola biləcək ölkələrdən biri kimi qeyd olunduğu yazıda Çeçenistandakı müharibədən sonra ölkədə dini radikalların – vəhhabilərin sayının artdığı göstərilir. “Novoya qazeta” iddia edir ki, Azərbaycanda vəhhabiliyin yayılmasına Səudiyyə Ərəbistanı sponsorluq edir. Onlar xeyriyyəçilik pərdəsi altında məcburi köçkün və yaşayış səviyyəsi aşağı olan insanlar arasında öz ideyalarını yayırlar. Onları xarici dini müəssisələrdə təhsil almağa dəvət edən səudiyyəli missionerlər böyük maliyyə imkanlarına malikdirlər.
Yazıda vəhhabilərin  bir neçə il əvvələ kimi 15-20 min arasında olduğunu qeyd edən müəllif hazırda küçələrdə hicablı qadınların və saqqallı gənclərin çox olduğunu müşahidə edib. Müəllif vəhhabilərin cəmiyyətdə mövqelərini bərkidərək artıq hüquq-mühafizə orqanlarına belə müqavimət göstərdiyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-8124.html