Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
23.02.10 03:35

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Vətəndaş Həmrəyliyi Partiyasi ilə birgə İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. KƏLAMİNFO xəbər verir ki, DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə aksiyanın keçirilməsinin əsas səbəblərini açıqlayıb. Sədrin sözlərinə görə, Təbrizdə “Ənsar-e Hizbullah” təşkilatının fəalları Azərbaycan əleyhinə kəskin şüarlar səsləndiriblər. Buna cavabı olaraq DAK nümayəndələrinin də İranın Azərbaycandakı səfirliyi qarşısında sivill şəkildə etiraz aksiyası keçirdiklərini bildirən Ə.Tağızadə “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “İslamçı dövlət, işğalçı dövət”, “Azərbaycan, Azərbaycan”, İranda həps olunan Azərbaycanlılara azadlıq kimi şüarlar səsləndirdiklərini söyləyib. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarkisyanın İranın dövlət başçısı Əhmədnejatın qucaqlaşmış formada fotoşəkillərini havaya qaldırıblar. Bu şəkillərlə aksiya iştirakçıları İran və Ermənistan dostluğuna etirazlarını bildiriblər. Qeyd edək ki, bəyanat İranın Azərbaycandakı səfirliyinin qarşısında oxunduqdan sonra diplomatik korpusa təqdim olunub. Aksiyada 80 yaxın iştirakçı olub. Təxminən 30 dəqiqə davam edən aksiya heç bir insident baş vermədən başa çatıb. Düzdür, polislə piket iştirakçıları arasında heç bir qarşıdurma baş verməsə də, ancaq 9 nəfər saxlanılıb. Onlardan yalnız ikisinin adı məlumdur. Bunlar DAK Gənclər Təşkilatının sədri Samir Turan və onun müavini Fuad Abdurrəhmanlıdır. Saxlanılanlar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar. Hazırda onlar müstəntiqlər tərəfindən dindirilir. Digərlərinin də adları dəqiqləşən kimi məlumat veriləcək. Artıq DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindədirlər.
URL / WWW
http://kelam.az/article/a-812.html