Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam Allahşükür Paşazadə Belçikada səfərdə olub
19.10.13 01:38

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya yola düşüb. Səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir.  Oktyabrın 16-da açılışı olacaq sessiya oktyabrın19-dək davam edəcək. Sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilmişdir. Plenar iclasların nüzakirəsinə çıxarılan mövzular arasında YUNESKO və İSESKO ilə əlaqədə «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer almışdır.
Burada «Dinlərin sülh və strukturlaşdırma rolunun inkişafı» məsələsi ətrafında məruzələr dinləniləcəkdir. Bu plenar iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcəkdir. 
Tədbirin sonuncu günü Krans Montana Fondunun 2013-cü il mükafatları və medalları təqdim olunacaqdır. Oktyabrın 19-da keçiriləcək təltifetmə mərasimində qurumun təsisçisi Jan Pol Karteron tərəfindən Krans Montana Forumunun medalı Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunacaqdır.
Krans Montana Forumunun mükafatlarının indiyədək təqdim olunduğu nüfuzlu şəxslər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın adlarını çəkmək olar.
URL / WWW
http://kelam.az/article/a-8118.html