Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Mehriban xanım
02.10.13 23:56

Azərbaycanın birinci xanımı, 
Mehriban xanımın ad gününə ithaf



Tarixdə az olar belə mərd qadın,
Sən ana olasan, xalqın, övladın,
Canlı əfsanəyə çevrilib adın,
Mehriban xanım.

Ziyalı nəsildən alıb ibrəti,
Vətənin yolunda çəkdin zəhməti,
Yenidən dirçəltdin mədəniyyəti
Mehriban xanım.

Yolun, yolu oldu, ulu öndərin,
Zəkan çox alidir, düşüncən dərin,
Tarixə əzəmət qatdı hünərin,
Mehriban xanım.

İlhamlı günlərdən alaraq ilham,
Milli dəyərlərə etdin ehtiram,
Yaratdın bu xalqda sabaha inam,
Mehriban xanım.

Varlığın bu xalqın başının tacı,
×ünki səadətə var ehtiyacı,
Övladın anadır təkcə əlacı,
Mehriban xanım.

Allahdan istəyir bu Əziz Pünhan,
Səni pənahında saxlasın hər an,
Adını könlünə yazıb hər insan,
Mehriban xanım.

Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-8116.html