Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dəyərli dostum Vasif Səmədova ithaf
02.10.13 23:55

Yetibdir şənüvə xoş söz deməkçün bir zaman Vasif,
Beş-üç söz söylərəm təbim əgər olsa rəvan Vasif.

Sınaqlardan çıxıb alnıaçıq mərdlikdə görk oldun,
×ıxartdı qarşına dünya nə qədri imtahan Vasif.

Gözümlə görmüşəm səndə həqiqi valideyn eşqi,
Bu eşqi etmisən, imanilə daim əyan Vasif.

Xeyir işlərdə bir cədvəl düzəlsə başda ismin var,
Xeyirdən çəkmədin əl, xeyli görsən də ziyan Vasif.

Vücudunla, kamalınla, nigahban olmusan xalqa,
Həmişə zülm önündə etmisən haqqı bəyan Vasif.

Cəfakeşsən, tanındın aləmə öz dəstu xəttinlə,
Keşik çəkdin ki, haqqa, tutmasın dəhri yalan Vasif.

Ləyaqətli gözəl bir ailən, övladların vardır,
Sizi öz kölgəsində saxlasın Xaliq hər an Vasif.

Əziz Pünhan üçün ülfət səninlə bir fəxarətdir,
Cavan təbimlə vəsf etdim səni, ey nocəvan Vasif.
 
Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-8115.html