Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Gələcəyin diplomatları
02.10.13 23:40

Kamran və Akif Səmədovlar  Masallıdandırlar. Bu tədris ilində Bakı şəhərindəki Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil aldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MQİMO(Ó)) daxil olmuşlar. Kamran Beynəlxalq əlaqələr fakültəsində, Akif isə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alırlar.

Onlarla telefon əlaqəsi yaratdıq. Dünyanın ən nüfuzlu təhsil ocaqlarının birində oxumaları münasibətilə hər ikisini təbrik edib, onlara təhsillərini müvəffəqiyyətlə başa vurub, gələcəkdə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi qüdrətinin artmasında iştirak etmələri, Azərbaycan diplomatiyasının layiqli təmsilçiləri olmaları üçün tələbəlik həyatında zəngin biliklərə yiyələnib yüksək ixtisaslı kadrlar kimi vətənimizə dönmələrini arzuladıq.

Bizim təbrikimizin onlar üçün gözlənilməz olduğunu deyərək Kamranla Akif öz sevinclərini bizimlə bölüşdülər:

- Óniversitetə qəbul olunduğumuzu bildiyimiz gün həyatımızın ən parlaq, sevinc dolu anı kimi yaddaşımızda həmişə xoş xatirə olaraq qalacaq. Biz, iki qardaş çox sevinirik ki, orta məktəbi bitirib gələcək təhsilimizdə düzgün seçim etdik. Qardaşım Akif Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində,mənsə (Kamran) Beynəlxalq  Əlaqələr fakültəsində oxuyuruq.
Bizim universitet çoxmillətli bir ailədir. Dünyanın müxtəlif guşələrindən gəlmiş əcnəbi tələbələrlə birgə təhsil alır, onların dili, mədəniyyəti, milli ənənələri ilə daha yaxından tanış olmağa çalışırıq. Óniversitetimizdə yüksək səviyyədə tədris edilən  xarici dillər və digər fənlər gələcəkdə bizim işimizə, özümüzə məsuliyyətlə yanaşmağı, dünya problemlərinə geniş şəkildə yanaşma tərzini, baxışlarını, problemlərin hər tərəfli araşdırılması vərdişini və eləcə də, ünsiyyət qurmaq, hərəkət, davranış mədəniyyəti, söhbətlərdə məntiq və s. bu kimi keyfiyyətləri təhsil alacağımız beş ildə mənimsəməyə geniş imkan yaradır. Bu çox önəmlidir. Düşünürük ki, təhsil aldığımız universitetdə tədris olunan fənlər təfəkkürümüzün formalaşmasında, azad, müasir düşüncə tərzinə, dünyagörüşümüzün artmasında önəmli rol oynayacaq. Burada yüksək ixtisaslı müəllimlərlə yanaşı zəngin kitabxana, idman kompleksi, bir sözlə, tələbələr üçün beynəlxalq standartlara uyğun hər cür şərait yaradılmışdır.
×alışacağıq ki, bu nüfuzlu elm ocağında ölkəmizi şərəflə, ləyaqətlə və layiqincə təmsil edək. Mükəmməl ali təhsil almalıyıq ki, xalqımız  gələcək fəaliyyətimizdə diplomatiyanı bizim üçün vəzifə deyil, vətəndaşı olduğumuz dövlətin tapşırığı kimi görüb qəbul etsinlər. Axı, seçdiyimiz peşə həm ciddi və həm də ki, çox məsuliyyətli bir peşədir.
Biz qardaşlar fəxr edirik ki, hörmətli prezidentimiz cənab İlham Əliyevin və dünyanın bir çox tanınmış şəxsiyyətlərinin təhsil alıb məzunları olduqları institutun tələbələriyik.
Xoş gələcəkdən xəbər verən addımlarınız mübarək, azərbaycanlı gənclər! Tələbəlik həyatında sizə uğurlar arzulayırıq!


İradə MƏMMƏDOVA
"Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin prezidenti
URL / WWW
http://kelam.az/article/a-8109.html