Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Binəqədi rayon təşkilatı Binəqədi qəsəbə məscidində dindarlarla görüş keçirdi
26.09.13 23:50

YAP Binəqədi rayon təşkilatı Binəqədi qəsəbə məscidində dindarlarla görüş keçirib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin üzvü, millət vəkili Hacı Madər Musayev və YAP Binəqədi rayon təbliğat qrupunun üzvü Niyaz Niftiyev, kənd ağsaqqaları, dindarlar iştirak ediblər. Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, bu gün YAP-ın prezident seçkilərində namizədi İlham Əliyevin təbliğat kampaniyası davam edir: “Ən müxtəlif görüşlər keçirilir və bu görüşlərdən biri də məhz Binəqədi qəsəbə məscidində qəsəbə dindarları, ağsaqqallarla keçirilir”. 
O bildirib ki, Binəqədi dindarları daima dövlətin, milli-mənəvi dəyərlərin keşiyində durublar. Ümummilli lider Heydər Əliyev daima milli-mənəvi dəyərləri, müqəddəs dinimizin prinsiplərini müdafiə edib. Bu gün də bu müdrik siyasət cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, hər il ən müxtəlif rayonlarda qədim məscidlər bərpa edilir və yeniləri tikilir”. Sonra ölkədə son 10 ildə əldə edilmiş uğurlardan danışan sədr hər kəsi seçkilərdə iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıb.  
Sonra çıxış edən YAP Təbliğat qrupunun üzvü Niyaz Niftiyev ölkədə son 10 ildə aparılan islahatlardan, xüsusilə də Prezident İlham Əliyevin dini ibadətgahlara qayğısından danışıb. O qeyd etdi ki, bu gün Azərbaycanda 1834 məscid mövcuddur: “Sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildə indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 2003-2013-cü illər ərzində isə ölkədə 216 məscid inşa və əsaslı təmir olunub”. N.Niftiyev həmçinin Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın daima milli-mənəvi dəyərlərin qorunmasının keşiyində durduğunu və dini abidələrin bərpası ilə məşğul olduğunu bildirib. N.Niftiyev qeyd edib ki, cənab İlham Əliyev Azərbaycanda söz, mətbuat və vicdan azadlığının möhkəmlənməsi istiqamətində böyük işlər görüb. Sonra o hər kəsi seçkidə iştiraka və İlham Əliyevə səs verməyə çağırıb.  
Sonra çıxış edən Milli Məclisin deputatı Hacı Madər Musayev dindarlarla keçirilən görüşün çox əhəmiyyətli olduğunu bildirib. O qeyd etdi ki, ozü Binəqədi rayon sakinidir və daima ağsaqqallarla, dindarlarla ünsiyyətdə olur. Rayonun və ümumiyyətlə ölkənin günü-gündən inkişaf etdiyini dindarların diqqətinə çatdıran Hacı Madər Musayev seçkidə iştirakın vacib olduğunu, seçki hüququnun bütün dövrlərdə vacib bir hüquq olduğunu və bu hüquqa görə tarix boyu mübarizələrin aparıldığını ağsaqqalların diqqətinə çatdırıb. O qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində rayon dindarları və onların ailə üzvləri fəal iştirak etməli və vicdanlı seçim etməlidirlər. O hər kəsi rayonun təəssübünü çəkməyə və son on ildə əldə edilmiş uğurlara nəzər salmağa və İlham Əliyevə səs verməyə çağırıb”.  
URL / WWW
http://kelam.az/article/a-8105.html